Xəbərlər

“Gənclər və Davamlı İnkişaf Forumu” keçirilib
  • Xəbərlər
  • 06.02.2026, 06:19

“Gənclər və Davamlı İnkişaf Forumu” keçirilib

Fevralın 6-da #GənclərHəftəsi çərçivəsində Naxçıvan Dövlət Milli Dram Teatrında 300-dən çox gəncin iştirakı ilə “Gənclər və Davamlı İnkişaf Forumu” keçirilib.

Daha ətraflı
“Yeni trendlər və gənclər” III Forumu keçirilib
  • Xəbərlər
  • 05.02.2026, 06:38

“Yeni trendlər və gənclər” III Forumu keçirilib

Fevralın 5-də “Gənclər həftəsi” çərçivəsində “Yeni trendlər və gənclər” mövzusunda bloqerlər, kontent yaradanlar və jurnalistlərin III Forumu keçirilib. Bakı Kristal Zalında təşkil olunan forumda müxtəlif sahələr üzrə tanınmış bloqerlər və jurnalistlər iştirak ediblər.

Daha ətraflı
Gənclər Evlərinin I Forumu keçirilib
  • Xəbərlər
  • 04.02.2026, 06:58

Gənclər Evlərinin I Forumu keçirilib

Fevralın 4-də Bakı Gənclər Mərkəzində #GənclərHəftəsi çərçivəsində Gənclər Evlərinin I Forumu keçirilib. Tədbir Qərbi Kaspi Universitetinin tələbələrindən ibarət xorun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha ətraflı
Goranboy şəhərində “GəncFest”in açılışı olub
  • Xəbərlər
  • 03.02.2026, 07:06

Goranboy şəhərində “GəncFest”in açılışı olub

Fevralın 3-də “Goranboy 2026 – Gənclər Paytaxtı” çərçivəsində “GəncFest”in açılışı olub. Açılışdan öncə gənclər və idman naziri Fərid Qayıbov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və gənclər Goranboy şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha ətraflı
Gənclər Təşkilatları işçi qruplarının 2026-cı il üzrə I iclası keçirilib
  • Xəbərlər
  • 03.02.2026, 07:00

Gənclər Təşkilatları işçi qruplarının 2026-cı il üzrə I iclası keçirilib

“Gənclər Paytaxtı” Goranboy şəhərində Gənclər Təşkilatları işçi qruplarının 2026-cı il üzrə I iclası keçirilib. Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə keçirilən iclasda gənclər və idman naziri Fərid Qayıbov işçi qruplarının üzvlərini salamlayıb və gənclər təşkilatlarına fəaliyyətlərini daha da artırmağı tövsiyə edib.

Daha ətraflı
Xankəndi şəhərinin Zəfər meydanında “GəncFest” keçirilib
  • Xəbərlər
  • 03.02.2026, 06:56

Xankəndi şəhərinin Zəfər meydanında “GəncFest” keçirilib

“Gənclər həftəsi” çərçivəsində fevralın 3-də Xankəndi şəhərinin Zəfər meydanında 400-ə yaxın gəncin iştirakı ilə təşkil edilən “GəncFest” müxtəlif fəaliyyətlərlə və konsert proqramı ilə yadda qalıb.

Daha ətraflı
Gülüstan Sarayında XI Azərbaycan Gənclər Forumu keçirilib
  • Xəbərlər
  • 02.02.2026, 07:13

Gülüstan Sarayında XI Azərbaycan Gənclər Forumu keçirilib

Fevralın 2-də Gülüstan Sarayında XI Azərbaycan Gənclər Forumu işə başlayıb. Tədbirdən öncə Forum iştirakçıları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə müraciəti səsləndirilib. Müraciəti Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov oxuyub.

Daha ətraflı
“Gələcəyin şəhərlərinin qurulması: milli inkişafda gənclərin məsuliyyəti” və “Şəhərlər imkanlar sistemi kimi: gənclər üçün təhsil, bacarıqlar və məşğulluq” mövzularında panel sessiyalar keçirilib
  • Xəbərlər
  • 02.02.2026, 07:11

“Gələcəyin şəhərlərinin qurulması: milli inkişafda gənclərin məsuliyyəti” və “Şəhərlər imkanlar sistemi kimi: gənclər üçün təhsil, bacarıqlar və məşğulluq” mövzularında panel sessiyalar keçirilib

Azərbaycan Gənclərinin XI Forumu fevralın 3-də Xankəndi şəhərində AUC2026 çərçivəsində panel sessiyalarla davam edib. Forumun ikinci günündə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov və BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave açılış nitqi ilə çıxış ediblər.

Daha ətraflı
“Güclü dövlətin təməli - Azərbaycan gəncliyi” adlı forumun açılış mərasimi keçirilib
  • Xəbərlər
  • 28.01.2026, 07:14

“Güclü dövlətin təməli - Azərbaycan gəncliyi” adlı forumun açılış mərasimi keçirilib

Bakı Dövlət Universiteti (BDU) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti və Prezident İlham Əliyevin gələcəyə strateji baxışı kontekstində “Güclü dövlətin təməli - Azərbaycan gəncliyi” adlı forumun açılış mərasimi keçirilib. Açılışdan əvvəl gənclər və könüllü təşkilatlarının, Gənclər Evlərinin təcrübə və könüllülük proqramlarının sərgisinə baxış olub.

Daha ətraflı
20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Əbədi and yeri” adlı anım tədbiri keçirilib
  • Xəbərlər
  • 19.01.2026, 20:30

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Əbədi and yeri” adlı anım tədbiri keçirilib

Yanvarın 19-da “İRƏLİ” İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Əbədi and yeri” adlı anım tədbiri keçirilib.

Daha ətraflı
"Mentorla görüş" layihəsi çərçivəsində ilk görüş təşkil olunub
  • Xəbərlər
  • 19.01.2026, 14:27

"Mentorla görüş" layihəsi çərçivəsində ilk görüş təşkil olunub

Yanvarın 19-da Regional İnkişaf İctimai Birliyinin təşəbbüsü ilə “Mentorla görüş” layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyində ilk görüş təşkil olunub.

Daha ətraflı
Azərbaycan gəncləri NEO Science Grand Final 2026” olimpiadasında uğurla çıxış ediblər
  • Xəbərlər
  • 09.01.2026, 14:24

Azərbaycan gəncləri NEO Science Grand Final 2026” olimpiadasında uğurla çıxış ediblər

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan gəncləri Ruslan Kaştayev və Ləman Şirinova yanvarın 9-16-da ABŞ-ın Orlando şəhərində keçirilən “NEO Science Grand Final 2026” olimpiadasında uğurla çıxış ediblər.

Daha ətraflı
“Qərbi Azərbaycan Gənc Səfirləri – II” layihəsinin açılış mərasimi keçirilib
  • Xəbərlər
  • 30.12.2025, 14:34

“Qərbi Azərbaycan Gənc Səfirləri – II” layihəsinin açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Dünya Azərbaycanlıları” Gənclər Təşkilatının təşkilatçılığı, Bakı Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycan Gənc Səfirləri – II” layihəsinin açılış mərasimi keçirilib.

Daha ətraflı
Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasına şəhərinə səfər edib
  • Xəbərlər
  • 22.12.2025, 18:26

Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasına şəhərinə səfər edib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları, Gənclər Evi sosial xidmət müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət heyətin üzvləri Türkiyə Respublikası Gənclər və İdman Nazirliyinin rəsmiləri, eləcə də ali təhsil müəssisələrinin sahə üzrə mütəxəssisləri ilə keçirilən görüşlərdə və platformanın öyrənilməsinə dair bir sıra məlumatlandırma sessiyalarında iştirak ediblər. Görüşlər zamanı "e-Bələdçilik" platformasının funksional imkanları, tətbiq mexanizmləri, gənclərlə iş sahəsində istifadəsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş müzakirələr aparılıb.

Daha ətraflı
Dövlət qurumlarının gənc əməkdaşları arasında “GİNus” intellektual yarışı təşkil olunub
  • Xəbərlər
  • 20.12.2025, 13:24

Dövlət qurumlarının gənc əməkdaşları arasında “GİNus” intellektual yarışı təşkil olunub

Azərbaycan İdman Akademiyasında keçirilən yarışda 26 dövlət qurumunu təmsil edən 150 gənc əməkdaş iştirak edib. Komandalar bilik və məntiqə əsaslanan suallar üzrə gərgin və maraqlı mübarizə aparıblar. Yekun nəticələrə əsasən, yarışın qalibi Azərbaycan Beynəlxalq Bankının komandası olub. Xarici İşlər Nazirliyinin komandası ikinci, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandası isə üçüncü yerə layiq görülüblər.

Daha ətraflı
"Respublika Gəncləri Debat Forumu–2025" keçirilib
  • Xəbərlər
  • 19.12.2025, 15:10

"Respublika Gəncləri Debat Forumu–2025" keçirilib

Debat forumunda 10 regionu təmsil edən 120 gənc spiker, hakim və auditoriya qismində iştirak edib. Forumun final mərhələsində Bakı şəhərini təmsil edən Milli Aviasiya Akademiyasının komandası ilə Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetinin komandası qarşılaşıb. Qalib Milli Aviasiya Akademiyasının komandası olub. Turnir çərçivəsində natiqlik bacarıqları ilə fərqlənən ümumilikdə 10 ən yaxşı natiq müəyyən edilib. “Respublika Gəncləri Debat Forumu–2025”in ən yaxşı birinci natiqi Milli Aviasiya Akademiyasının tələbəsi Leyli Məmmədli seçilib. Qeyd edək ki, forum müddətində gənclərin nitq və natiqlik bacarıqlarının artırılması məqsədilə bir sıra interaktiv təlimlər də keçirilib.

Daha ətraflı
"Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi" keçirilib
  • Xəbərlər
  • 14.12.2025, 13:35

"Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi" keçirilib

Düşərgə iştirakçıları ilk olaraq Quba rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra isə ilkin tanışlıq və təlimatlandırma görüşü baş tutub. Qeyd edək ki, düşərgəyə dekabrın 18-də yekun vurulacaq.

Daha ətraflı
Gənclər və idman naziri Fərid Qayıbov Türkiyə nümayəndə heyətini qəbul edib.
  • Xəbərlər
  • 13.12.2025, 13:42

Gənclər və idman naziri Fərid Qayıbov Türkiyə nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında gənclərlə iş sahəsində mövcud əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, bu sahədə həyata keçirilən birgə layihələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Qeyd edək ki, proqram çərçivəsində Gənclər Evləri və gənclər təşkilatları ilə görüşlər, “Gənclər Paytaxtı” Sumqayıta və Qarabağa səfər, tarixi məkanlara ziyarətlər həyata keçiriləcək.

Daha ətraflı
Gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb
  • Xəbərlər
  • 10.12.2025, 13:56

Gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb

Türkiyə, Özbəkistan, Mərakeş Krallığı, Braziliya, Qazaxıstan, İtaliya, Sinqapur, Rusiya və Estoniyada keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, mübadilə proqramları, beynəlxalq yarışlarda iştirak edən gənclər öz təəssüratlarını paylaşıb, nailiyyətləri, tədbirlərdə iştirakları barədə ətraflı məlumat veriblər. Görüşdə gənclərin fikir və təkliflərini dinləyən nazir Fərid Qayıbov nailiyyət qazanan gənclərə fəaliyyətlərinin davamlılığını arzulayıb.

Daha ətraflı
Türkiyyə nümayəndə heyyəti Azərbaycanda səfərdə club
  • Xəbərlər
  • 10.12.2025, 13:31

Türkiyyə nümayəndə heyyəti Azərbaycanda səfərdə club

Proqram çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Gənclər Mərkəzi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Sabunçu və Sumqayıt Gənclər Evləri sosial xidmət müəssisələri, Qarabağ Universiteti ilə tanış olub, həmçinin ölkənin ictimai, tarixi və mədəni həyatını əks etdirən məkanlara səfər ediblər. Səfər zamanı nümayəndə heyəti Sumqayıt, Şuşa və Xankəndi şəhərlərində olub, həmin ərazilərdə həyata keçirilən sosial inkişaf, bərpa və yenidənqurma işləri, eləcə də gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat əldə ediblər.

Daha ətraflı
Azərbaycan nümayəndə heyəti Mərakeş Krallığında keçirilən beynəlxalq tədbirdə iştirak edib
  • Xəbərlər
  • 09.12.2025, 13:15

Azərbaycan nümayəndə heyəti Mərakeş Krallığında keçirilən beynəlxalq tədbirdə iştirak edib

Tədbirdə Azərbaycanı “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Könül Bayramova və Dünya Azərbaycanlıları Gənclər Təşkilatının Baş katibi Ayxan Hüseynov təmsil ediblər. Müzakirələr zamanı gənclərin beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında rolu, regionlararası əməkdaşlığın genişləndirilməsi, eləcə də gənclərin qərar qəbuletmə prosesində fəal iştirakı vurğulanıb.

Daha ətraflı
“4P Gənclər Evi” düşərgəsi keçirilib
  • Xəbərlər
  • 08.12.2025, 13:38

“4P Gənclər Evi” düşərgəsi keçirilib

Düşərgədə 33 müəssisədən ümumilikdə 99 nəfər əməkdaş iştirak edib. İştirakçılar 4 fərqli qrupa bölünərək həm təşkilatçı, həm də iştirakçı qismində fəal iştirak edib və bu proses ərzində yeni bilik və bacarıqlar əldə ediblər. Düşərgə müddətində iştirakçılar üçün təlimlər, qrup işi, intellektual və əyləncəli yarışlar, həmçinin sosial gecə təşkil olunub. Düşərgə çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar bir sıra anım tədbirləri də keçirilib. Tədbirlər çərçivəsində Ümummilli Liderin həyat və dövlətçilik fəaliyyətinə həsr olunmuş filmin nümayişi, Quba Heydər Əliyev Mərkəzinə piyada ekskursiya, Ulu Öndərin abidəsinin ziyarəti və ağacəkmə aksiyası təşkil edilib. Bütün fəaliyyətlərdə Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi, eləcə də inkişaf proqramının iştirakçıları fəal iştirak ediblər.

Daha ətraflı
Azərbaycan nümayəndə heyəti “All Japan Robot Sumo Tournament Grand Final 2025” uğurla çıxış edib
  • Xəbərlər
  • 06.12.2025, 13:54

Azərbaycan nümayəndə heyəti “All Japan Robot Sumo Tournament Grand Final 2025” uğurla çıxış edib

Qeyd edək ki, final mərhələsində ümumilikdə 19 ölkədən iştirakçılar mübarizə aparıb. Mini sumo kateqoriyasında 184 komanda ilə yarışan “Cyber-X” komandası 1/8 finala, mega sumo kateqoriyasında isə 113 komanda arasında mübarizə aparan “AD-ASTRA” komandası 1/16 finala qədər yüksəlib. Hər iki komanda robotların texniki quruluşu, mexaniki sabitliyi, sensor dəqiqliyi və döyüş strategiyası ilə seçilərək münsiflər tərəfindən yüksək qiymətləndirilib. Səfər çərçivəsində komandanın “All Japan Robot Sumo Tournament”in təşkilat heyəti ilə görüşü də baş tutub. Görüş zamanı beynəlxalq əməkdaşlıq, robototexnika sahəsində təcrübə mübadiləsi və gələcək layihələr müzakirə edilib.

Daha ətraflı
Azərbaycan gəncləri “Robotex International 2025” yarışmasının final mərhələsində uğurla çıxış edib
  • Xəbərlər
  • 05.12.2025, 13:52

Azərbaycan gəncləri “Robotex International 2025” yarışmasının final mərhələsində uğurla çıxış edib

Finalda 32 ölkədən 921 komanda olmaqla ümumilikdə 3200-dən çox iştirakçı mübarizə aparıb. “UneCode” komandası “Stoneridge Entrepreneurship Challenge” kateqoriyasında 56 komanda arasında 5-ci yerə layiq görülüb.

Daha ətraflı