Gənclər təşkilatlarının TƏSDİQ platforması

Gənclər təşkilatları

Təsdiq platformasına qoşulan təşkilatların reytinq sıralaması

Gənclər təşkilatları

Təlimçilər

Təlimçilər şəbəkəsinə qoşulan təlimçilərin siyahısı

Təlimçilər

Xəbərlər

Təşkilatların fəaliyyəti ilə bağlı xəbərlər

Xəbərlər

Xəbərlər

Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasına şəhərinə səfər edib
  • Xəbərlər
  • 22.01.2026, 13:48

Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasına şəhərinə səfər edib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları, Gənclər Evi sosial xidmət müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət heyətin üzvləri Türkiyə Respublikası Gənclər və İdman Nazirliyinin rəsmiləri, eləcə də ali təhsil müəssisələrinin sahə üzrə mütəxəssisləri ilə keçirilən görüşlərdə və platformanın öyrənilməsinə dair bir sıra məlumatlandırma sessiyalarında iştirak ediblər. Görüşlər zamanı "e-Bələdçilik" platformasının funksional imkanları, tətbiq mexanizmləri, gənclərlə iş sahəsində istifadəsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş müzakirələr aparılıb.

Daha ətraflı
Dövlət qurumlarının gənc əməkdaşları arasında “GİNus” intellektual yarışı təşkil olunub
  • Xəbərlər
  • 20.12.2025, 13:24

Dövlət qurumlarının gənc əməkdaşları arasında “GİNus” intellektual yarışı təşkil olunub

Azərbaycan İdman Akademiyasında keçirilən yarışda 26 dövlət qurumunu təmsil edən 150 gənc əməkdaş iştirak edib. Komandalar bilik və məntiqə əsaslanan suallar üzrə gərgin və maraqlı mübarizə aparıblar. Yekun nəticələrə əsasən, yarışın qalibi Azərbaycan Beynəlxalq Bankının komandası olub. Xarici İşlər Nazirliyinin komandası ikinci, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandası isə üçüncü yerə layiq görülüblər.

Daha ətraflı
"Respublika Gəncləri Debat Forumu–2025" keçirilib
  • Xəbərlər
  • 19.12.2025, 15:10

"Respublika Gəncləri Debat Forumu–2025" keçirilib

Debat forumunda 10 regionu təmsil edən 120 gənc spiker, hakim və auditoriya qismində iştirak edib. Forumun final mərhələsində Bakı şəhərini təmsil edən Milli Aviasiya Akademiyasının komandası ilə Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetinin komandası qarşılaşıb. Qalib Milli Aviasiya Akademiyasının komandası olub. Turnir çərçivəsində natiqlik bacarıqları ilə fərqlənən ümumilikdə 10 ən yaxşı natiq müəyyən edilib. “Respublika Gəncləri Debat Forumu–2025”in ən yaxşı birinci natiqi Milli Aviasiya Akademiyasının tələbəsi Leyli Məmmədli seçilib. Qeyd edək ki, forum müddətində gənclərin nitq və natiqlik bacarıqlarının artırılması məqsədilə bir sıra interaktiv təlimlər də keçirilib.

Daha ətraflı
"Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi" keçirilib
  • Xəbərlər
  • 14.12.2025, 13:35

"Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi" keçirilib

Düşərgə iştirakçıları ilk olaraq Quba rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra isə ilkin tanışlıq və təlimatlandırma görüşü baş tutub. Qeyd edək ki, düşərgəyə dekabrın 18-də yekun vurulacaq.

Daha ətraflı
Gənclər və idman naziri Fərid Qayıbov Türkiyə nümayəndə heyətini qəbul edib.
  • Xəbərlər
  • 13.12.2025, 13:42

Gənclər və idman naziri Fərid Qayıbov Türkiyə nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında gənclərlə iş sahəsində mövcud əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, bu sahədə həyata keçirilən birgə layihələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Qeyd edək ki, proqram çərçivəsində Gənclər Evləri və gənclər təşkilatları ilə görüşlər, “Gənclər Paytaxtı” Sumqayıta və Qarabağa səfər, tarixi məkanlara ziyarətlər həyata keçiriləcək.

Daha ətraflı
Gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb
  • Xəbərlər
  • 10.12.2025, 13:56

Gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb

Türkiyə, Özbəkistan, Mərakeş Krallığı, Braziliya, Qazaxıstan, İtaliya, Sinqapur, Rusiya və Estoniyada keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, mübadilə proqramları, beynəlxalq yarışlarda iştirak edən gənclər öz təəssüratlarını paylaşıb, nailiyyətləri, tədbirlərdə iştirakları barədə ətraflı məlumat veriblər. Görüşdə gənclərin fikir və təkliflərini dinləyən nazir Fərid Qayıbov nailiyyət qazanan gənclərə fəaliyyətlərinin davamlılığını arzulayıb.

Daha ətraflı