Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, eləcə də xalq musiqisinin seçilmiş nümunələri səsləndirilib. Müxtəlif ölkələrdən 24 xor kollektivinin iştirak etdiyi müsabiqədə Bakı İctimai Xoru “Akademik oxuma” nominasiyası üzrə III dərəcəli laureat diplomuna layiq görülüb. Kollektiv festivalda 11 nəfərlik heyətlə çıxış edib. Festival Belarus Respublikasının Mədəniyyət Nazirliyi, Vitebsk Regional İcraiyyə Komitəsi və Braslav Rayon İcraiyyə Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Daha ətraflı
Tədbirdə müxtəlif ölkələrdən vətəndaş cəmiyyəti nümayəndələri, gənclər təşkilatlarının liderləri, şəhərsalma üzrə mütəxəssislər, beynəlxalq təşkilatların təmsilçiləri və ictimai fəallar iştirak ediblər. Açılış sessiyasında Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli və Keniyanın “Kounkuey Design Initiative” təşkilatının icraçı direktoru Vera Bukaçi çıxış ediblər. Tədbirdə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma və bərpa prosesi barədə məlumat verilib. Bildirilib ki, azad edilmiş ərazilərdə aparılan işlər yalnız infrastrukturun qurulmasını deyil, sosial etimadın bərpasını və inklüziv şəhər mühitinin formalaşdırılmasını da əhatə edir.
Daha ətraflı
Təlimdə Gənclər və İdman Nazirliyinin, Gənclər Evi sosial xidmət müəssisələrinin və Regional Gənclər və İdman idarələrinin əlilliyi olan gənclərlə çalışan əməkdaşları iştirak ediblər. Tədbir çərçivəsində iştirakçılar ümumilikdə 9 saat davam edən müxtəlif mövzularda təlimlərə, əlilliyi olan şəxslərin dövlət qurumlarında xidmətlərə əlçatanlığının effektiv təmin olunmasına dair situasiya analizlərinə və interaktiv qrup işlərinə cəlb ediliblər. Proqram çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Nərmin Fətəliyeva və “Əlilliyi Olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin sədri Aydın Xəlilov təlimçi qismində çıxış edərək mövzu üzrə fəaliyyət strategiyalarını iştirakçılarla bölüşüblər.
Daha ətraflı
Dialoqu fərqləndirən əsas məqamlardan biri COP29 prosesi zamanı formalaşmış iştirakçılıq və siyasətyönümlü yanaşmanın davamı olaraq tədbirin “Siyasət Laboratoriyası” (Policy Jam) formatında keçirilməsi olub. İnnovativ metodologiyaya əsaslanan bu format gənclərin şəhərsalma siyasətlərinin formalaşdırılması prosesində fəal iştirakını təşviq edib. Ümumilikdə 2000-ə yaxın gənci əhatə edən dialoq platformasında iştirakçıların fikir və təklifləri sistemli şəkildə təhlil olunub. Əldə olunan nəticələrin Ümumdünya Şəhərsalma Forumu – ÜŞF13 çərçivəsində keçiriləcək Uşaq və Gənclər Dəyirmi Masasında təqdim olunması planlaşdırılır. İlkin təhlil nəticələrinə əsasən, gənclər şəhərlərin gələcək inkişaf prioritetləri sırasında təhlükəsizlik, inklüzivlik və əlçatanlığın gücləndirilməsini, şəhərlərin rəqəmsallaşdırılması və innovativ həllərin tətbiqini, məşğulluq imkanlarının artırılması və regionların inkişafını, dayanıqlı nəqliyyat və mobillik sistemlərinin inkişafını, həmçinin ictimai məkanların yaşıllaşdırılması və ekoloji davamlılığın təşviqini xüsusi vurğulayıblar. Gənclərin baxış və təşəbbüsləri dayanıqlı, inklüziv və innovativ şəhərlərin formalaşdırılmasında mühüm strateji resurs kimi çıxış edib. Azərbaycan gəncləri şəhərlərin gələcəyinə dair qərarvermə prosesində fəal iştiraklarını davam etdiriblər.
Daha ətraflı
Tədbir çərçivəsində mövzu üzrə müzakirələr aparılıb, biosfer qoruqlarına praktiki səfərlər təşkil olunub, dayanıqlı idarəetmə və ekoturizm sahəsində təcrübələrlə tanışlıq keçirilib. Həmçinin Azərbaycan nümayəndələri ölkəmizin xüsusi mühafizə olunan təbiət əraziləri, nadir növlərin qorunması, eləcə də Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonası elan olunması barədə təqdimatlarla çıxış ediblər. Forumun yekununda gənclərin gələcək fəaliyyət planını və ekoloji öhdəliklərini əks etdirən “Po Delta Youth MAB Declaration” bəyannaməsi və “Youth MAB Roadmap 2026–2035” yol xəritəsi rəsmi olaraq qəbul olunub.
Daha ətraflı
Mayın 16-da Bakı Kristal Zalında təşkil olunan yarışda respublikanın müxtəlif regionlarından 24 komanda olmaqla ümumilikdə 40 iştirakçı bilik və bacarıqlarını nümayiş etdirərək mübarizə aparıb. İştirakçılar xüsusi hazırlanmış yarış trasında FPV dronlarının idarə olunması üzrə bacarıqlarını nümayiş etdiriblər. Turnir ərzində komandalar sürət, çeviklik və texniki dəqiqlik üzrə yarışıblar.
Daha ətraflı
Açılış mərasimində Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cəmilə Rzayeva, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov və Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov çıxış edərək layihənin gənclərin elmi dünyagörüşünün formalaşdırılması, astronomiyaya marağın artırılması və Nəsirəddin Tusi irsinin təbliği baxımından əhəmiyyətini vurğulayıblar. Düşərgə çərçivəsində Xıdır Mikayılovun rəhbərliyi ilə “Teleskop haqqında texniki təlim” keçirilib. İştirakçılar teleskopun quruluşu və astronomik müşahidələrin aparılması ilə bağlı praktiki biliklər əldə edib, Günəş müşahidəsi həyata keçiriblər. Bununla yanaşı, “İki kainatın kəsişməsində: kosmos və torpaq” mövzusunda təlim, Venera və Yupiter planetlərinin gecə müşahidəsi, “Astroquiz Kahoot” bilik yarışı, art-terapiya sessiyası, oyun saatı və şəbəkələşmə fəaliyyətləri təşkil olunub. Həmçinin “Dayanıqlı İnkişaf Məqsədləri: Yer planetini qoruyaq” mövzusunda təlim keçirilib, iştirakçılar ekoloji məsuliyyət və dayanıqlı inkişaf prinsipləri barədə məlumatlandırılıblar.
Daha ətraflı
Tədbir çərçivəsində robototexnika və elektronika sahəsində innovativ layihələr, beynəlxalq qrant imkanları və il ərzində planlaşdırılan elmi-tədqiqat istiqamətləri geniş şəkildə müzakirə olunub. Gənclərimiz elektronika və robototexnika sahəsində ölkəmizin gənc elmi potensialını uğurla təqdim ediblər. Qeyd edək ki, konqres 20-dən çox ölkədən 150-dən artıq iştirakçının qatılımı ilə Aristotel Universitetinin Elmi-Tədqiqat Mərkəzinin ev sahibliyi ilə baş tutub.
Daha ətraflı
Yarış zamanı iştirakçılar komanda şəklində çalışaraq hidrogen texnologiyası əsaslı avtomobillərlə uzunmüddətli və dayanıqlı performans göstərməyə çalışıblar. Komandalar mühəndislik, proqramlaşdırma və strateji düşünmə bacarıqlarını tətbiq edərək müxtəlif tapşırıqları yerinə yetiriblər. Gərgin mübarizə şəraitində keçən yarışın yekununa əsasən, Ağdaş rayonunu təmsil edən “Pilots” komandası birinci, Bakı şəhərinin “Space Soldiers” komandası ikinci, Şirvan şəhərinin “DriveIQ” komandası isə üçüncü yeri tutublar.
Daha ətraflı
Oyun ərzində əsasnaməyə uyğun olaraq iştirakçılar sıra hazırlığı, intellektual müsabiqə, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülüb-yığılması, tüfəngdən hədəfə atəş açılması, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və çadırın qurulması mərhələlərində bacarıqlarını nümayiş etdiriblər. Qiymətləndirmənin nəticələrinə əsasən, bütün iqtisadi rayonları əhatə etməklə ən yüksək bal toplayan Binəqədi, Nizami, Saatlı, Qubadlı, Tərtər, Cəlilabad, Samux, Ağdaş, İsmayıllı, Şəmkir, Qəbələ və Xaçmaz rayonlarını, həmçinin Şirvan, Sumqayıt və Naxçıvan şəhərlərini təmsil edən komandalar respublika final mərhələsinə vəsiqə qazanıblar. Qeyd edək ki, oyunun final mərhələsi “Gənclər Paytaxtı” Goranboy rayonunda keçiriləcək.
Daha ətraflı
Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən “Moldova Open – 2026” beynəlxalq intellektual oyunlar turnirində ölkəmizdən iki komanda tərkibində 11 gənc iştirak edib. Ümumilikdə 13 ölkədən 40-dan çox komandanın qatıldığı turnir müxtəlif bilik yarışları ilə yadda qalıb. Üç gün davam edən tədbir çərçivəsində Azərbaycan gəncləri “Nə? Harada? Nə zaman?” komanda formatlı “Fərdi oyun” və “Dostluq Kuboku” kimi müxtəlif yarışlarda çıxış ediblər. Proqram çərçivəsində iştirakçılar üçün geniş şəbəkələşmə imkanları yaradılıb.
Daha ətraflı
“Qarabağ Azərbaycandır!” Koordinasiya Dərnəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşəbbüsü, Türk Ədəbiyyatı Vəqfinin ev sahibliyi ilə keçirilən tədbir türk dünyasının elmi və mədəni irsinin, eləcə də ortaq dəyərlərinin müzakirəsi üçün platforma olub.
Daha ətraflı
“Farm2Tour” layihəsi aqroturizm sahəsində mövcud problemlərin həllinə yönəlmiş, süni intellekt (AI) əsaslı rəqəmsal həllərin yaradılmasına həsr olunmuş innovasiya layihəsidir. Hakaton çərçivəsində 40 iştirakçı 5 nəfərlik qruplar şəklində aqroturizm obyektlərinin tanıdılması, turist–fermer əlaqəsinin gücləndirilməsi və istifadəçi təcrübəsinin yaxşılaşdırılması kimi problemlərə yönəlmiş rəqəmsal məhsullar hazırlayıb. 36 saat davam edən hakaton ərzində komandalar mentor dəstəyi alıb və ən uğurlu həllər inkubasiya və inkişaf mərhələsinə yönləndirilmək üçün seçilib. Bağlanış mərasimində dövlət qurumlarının nümayəndələri və layihə tərəfdaşları iştirak ediblər. Hakatonun yekun nəticələrinə əsasən, “UNECom” komandası birinci yerə, “Farmorphx” komandası ikinci yerə, “HydroMs” komandası isə üçüncü yerə layiq görülüblər.
Daha ətraflı
Akademiyanın Kursant Elmi Cəmiyyəti və Dövlət və hüquq nəzəriyyəsi kafedrasının nəzdində fəaliyyət göstərən “Gənc hüquqşünas” kursant elmi dərnəyinin təşkilatçılıq etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndərin gənclər siyasətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki, h.ü.f.d. Vüqar Mansurov tədbiri açıq elan edib. Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova və Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsinin Tərbiyə məsələləri üzrə iş sektorunun müdiri Qeyrət Şirəliyev çıxış ediblər. Tədbir çərçivəsində kursant və tələbələr müxtəlif mövzularda çıxış edərək Heydər Əliyev irsinin hüquqi dövlət quruculuğunda, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində və milli məfkurənin inkişafında rolundan bəhs ediblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Daha ətraflı
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyevin rəhbərliyi ilə Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İdarə Heyətinin üzvü Nicat Əliyev və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının sədri Elmira Babayevadan ibarət nümayəndə heyəti açılış mərasimində, beynəlxalq görüşlərdə və gənclər arasında əməkdaşlığın inkişafına həsr olunmuş tədbirlərdə iştirak edib. Tədbirdə çıxış edən rəsmilər İslam dünyasında gənclər arasında həmrəyliyin, beynəlxalq əməkdaşlığın və ortaq dəyərlərin təşviqinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, 2026-cı il ərzində Konya şəhərində müxtəlif beynəlxalq gənclər proqramları, forumlar və mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı” statusu 2024-cü ildə Azərbaycanın Şuşa şəhərinə verilib.
Daha ətraflı
Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, "Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxış edərək Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətindən, Azərbaycanın dirçəlişində və müstəqil dövlət kimi formalaşmasında oynadığı müstəsna rolundan söz açıblar. Forumun ikinci hissəsində "Heydər Əliyevin dövlətçilik irsi və gənclər siyasəti” mövzusuna həsr olunan panel görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva və Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktorunun müavini Rəna Məmmədova iştirak ediblər. Forumda Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub. Xatırladaq ki, silsilə tədbirlər çərçivəsində “Milli dövlətçilik yolumuz” adlı intellektual çempionat və "Zirvə" gənclər düşərgəsi baş tutub.
Daha ətraflı
Yarışlarda ümumilikdə 67 komanda iştirak edib, həlledici final mərhələsinə isə 17 komanda vəsiqə qazanıb. Yekun nəticələrə əsasən, birinci yeri Xarici İşlər Nazirliyi, ikinci yeri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, üçüncü yeri isə Azərbaycan Beynəlxalq Bankı tutublar. Yarışın sonunda qaliblər kubok və diplomlarla təltif olunublar. Mükafatları gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova təqdim ediblər.
Daha ətraflı
Düşərgə müddətində iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad edib. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini anıblar. Proqram çərçivəsində iştirakçılar komanda quruculuğu, liderlik psixologiyası, idarəetmənin psixoemosional aspektləri və təsiretmə alətləri mövzularında təlimlərdə iştirak edib, həmçinin Lissabon Sammitinin simulyasiyası vasitəsilə beynəlxalq münasibətlər sahəsində bilik və bacarıqlarını inkişaf etdiriblər. Bununla yanaşı, təşkil olunan intellektual yarışlar, film nümayişi, “İstedadlı gənclər” rubrikası və ekskursiya proqramı iştirakçıların fəallığının, yaradıcılıq potensialının və komanda ruhunun gücləndirilməsinə töhfə verib.
Daha ətraflı
Görüş zamanı nazir şagirdlərlə təhsil, idman və gənclərin şəxsi inkişafı mövzusunda fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb. Həmçinin şagirdlərin gələcək hədəfləri və təşəbbüslərini dinləyib.
Daha ətraflı
Mayın 7-də keçirilən məsafədən idarəolunan pilotsuz sualtı dron yarışı üzrə turnirdə 11 regiondan 11 komanda olmaqla ümumilikdə 42 iştirakçı iştirak edib. Yarış zamanı iştirakçılar hazırladıqları sualtı dronlar vasitəsilə texniki tapşırıqları müəyyən olunmuş vaxt ərzində yerinə yetirərək komanda işi, problem həll etmə və mühəndislik bacarıqlarını nümayiş etdiriblər. Gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, “Nereus” komandası (Ağdaş rayonu) birinci, “DeepSeekr” komandası (Abşeron rayonu) ikinci, “Merman” komandası (Bakı şəhəri) isə üçüncü yeri tutublar. Mayın 8-də keçirilən məsafədən idarə olunan suüstü qayıq yarışı üzrə turnirdə isə 14 regiondan 16 komanda olmaqla ümumilikdə 62 iştirakçı mübarizə aparıb. İştirakçılar hazırladıqları suüstü gəmilər vasitəsilə texniki tapşırıqları yerinə yetirərək ziqzaqvari maneələri dəf edib, idarəetmə və mühəndislik bacarıqlarını nümayiş etdiriblər. Maraqlı mübarizə şəraitində keçən yarışda “Cyber Wake” komandası (Qax rayonu) birinci, “Phoenix” komandası (Gəncə şəhəri) ikinci, “AquaLegends” komandası (Abşeron rayonu) isə üçüncü yerə layiq görülüblər.
Daha ətraflı
ABŞ, Çexiya, Avstriya, Yunanıstan, Moldova, Tacikistan və Türkiyə Respublikasında keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, beynəlxalq yarışlarda iştirak edən gənclər öz təəssüratlarını paylaşıb, nailiyyətləri, tədbirlərdə iştirakları barədə ətraflı məlumat veriblər. Görüşdə gənclərin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov nailiyyət qazanan gəncləri təbrik edib, fəaliyyətlərinin davamlılığını arzulayıb.
Daha ətraflı
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Nihad Muxtarlı, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, BMT-nin Məskunlaşma Proqramının Təbliğat və layihələr üzrə baş məsləhətçisi Məleykə Tağızadə, gənc iştirakçı Mehdi Mehtizadə çıxış ediblər. Sonda layihəni uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib. Qeyd edək ki, layihənin məqsədi əlilliyi olan şəxslərin korporativ iş mühitində real təcrübə qazanması və onların əmək bazarına daha fəal inteqrasiyasına dəstək göstərilməsidir. Layihə çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin ümumilikdə 25 nəfər əlilliyi olan benefisiarı 8 gün ərzində Bakı Gənclər Mərkəzi və Binəqədi Gənclər Evində təşkil olunan intensiv proqramlara cəlb olunub.
Daha ətraflı
Komandalar “Sərhəd pozucusunun yaxalanması və təxliyə edilməsi”, “Ləpirçilik”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baxışın keçirilməsi”, “Maskalanma”, “Yaralılara yardımın göstərilməsi və təxliyə olunması”, “Avtomatın sökülməsi və yığılması”, “Sıra hazırlığı”, “Tək əsgərin döyüşdə hərəkət üsulu” və “Hərbiləşdirilmiş estafet” üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Final mərhələsinin yekunlarına əsasən, Cəlilabad rayonunun “Musalı” komandası birinci, Qusar rayonunun “Zeyxur” komandası ikinci, Şəmkir rayonunun “Mübarizlər” komandası isə üçüncü yeri tutublar. Sonda qaliblərə kubok, medal, diplom və qiymətli hədiyyələr, oyunlarda fəal iştirak etmiş komandalara isə həvəsləndirici mükafatlar təqdim olunub.
Daha ətraflı
Tədbir iştirakçıları həmçinin hazırda İslam İnkişaf Bankı tərəfindən həyata keçirilən “Startap” müsabiqəsi (https://isdb.untap.us/home) barədə məlumatlandırılıb. İkinci gün isə Bakı Gənclər Mərkəzində İslam İnkişaf Bankının nümayəndələri ilə qarşılıqlı dialoq əsasında görüş keçirilib. Görüş zamanı tərəflər öz fəaliyyət istiqamətləri və həyata keçirilən işlər barədə ətraflı məlumatlar təqdim edib, həmçinin gələcək əməkdaşlıq imkanları və birgə layihə ideyaları müzakirə olunub. Gənclər və İdman Nazirliyinin Gənclərin strateji inkişafı sektorunun əməkdaşı Nisə Paşayeva və Gənclər evləri ilə iş sektorunun müdiri Kənan Əliyev müzakirələrdə iştirak edib, gənclər üçün yaradılan imkanlar və gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıblar.
Daha ətraflı