Forum proqramı daxilində “Gənc Laboratoriyalar” tədbiri təşkil olunub. Bu platformada Azərbaycan nümayəndə heyətinin üzvləri innovasiya, rəqəmsal texnologiyalar, yaradıcı iqtisadiyyat və gənclərin liderliyi istiqamətlərində təqdimatlarla çıxış ediblər.

“Rəqəmsal texnologiyalar, yaradıcı iqtisadiyyat və gənclər liderliyi”, “CityRate – Şəhərin Rəqəmsal Güzgüsü” və “Yerdən kosmosa: İnnovasiyanın gələcəyi niyə gənc tədqiqatçılardan başlayır?” mövzularını əhatə edən çıxışlarda rəqəmsal həllərin tətbiqi, yaradıcı iqtisadiyyatın inkişafı və gənc tədqiqatçıların potensialının dəstəklənməsi məsələlərinə toxunulub. Eyni zamanda gənclərin innovasiya proseslərində iştirakının genişləndirilməsi, yeni ideyaların təşviqi və MDB ölkələrinin gəncləri arasında beynəlxalq əməkdaşlıq imkanları diqqətə çatdırılıb.