Gənclər və İdman Nazirliyi hər kəsi #qanvermə aksiyasında iştiraka çağırır

Gənclər və İdman Nazirliyi hər kəsi #qanvermə aksiyasında iştiraka çağırır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 17 aprel 2025-ci il tarixində Gənclər və İdman Nazirliyinin də qoşulduğu Respublika Qan Bankında “Ümumdünya Hemofiliya Günü”nə həsr edilmiş #Arzularaqanadverək adlı qanvermə aksiyası keçiriləcəkdir.

Aksiya #talassemiya və #hemofiliya, eləcə də #leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədi daşıyır.

⏰ Saat 09:00-dan 19:00-a qədər davam edəcək aksiyaya könüllü donorlar da qoşula bilər.

📍Aksiyada iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsi ilə birlikdə Nəsimi rayonu, Feyzulla Qasımzadə 65 ünvanında yerləşən Respublika Qan Bankının inzibati binasına yaxınlaşa bilər.  

📣 Dövlət qurumları qan çatışmazlığından əziyyət çəkənlərə dəstək vermək və onları həyata bağlayan bir ümid olmaq üçün səhhəti imkan verən hər kəsi bu nəcib aksiyaya qoşulmağa çağırır.

🖇 https://family.gov.az/az/news/arzulara-qanad-verek-cagirisi-ile-qanverme-aksiyasi-kecirilecek