Gənclər və İdman Nazirliyi gənclərin beynəlxalq tədbirlərdə iştirakına, qlobal platformalarda Azərbaycanı layiqincə təmsil etməsinə və gənclərin beynəlxalq təcrübə qazanmasına şərait yaratmaq məqsədilə il ərzində müraciətlərin qəbulunu elan edir.
🌍 Əgər siz də əhəmiyyətli beynəlxalq layihə, forum və ya konfransa dəvət almısınızsa, səfərinizin dəstəklənməsi üçün aşağıdakı şərtlərlə Nazirliyə müraciət edə bilərsiniz:
📅 Müraciət müddətləri:
– Vizası olmayan şəxslər üçün: səfər tarixindən ən azı 45 gün əvvəl
– Vizası olan şəxslər üçün: səfər tarixindən ən azı 30 gün əvvəl
📌 Tələb olunan sənədlər:
– Əsaslandırılmış müraciət məktubu
– Tədbirin təşkilatçısından alınmış dəvət məktubu
– Tədbir haqqında ümumi məlumat (o cümlədən rəsmi sayt)
– Təhsil müəssisəsi və ya təşkilatdan dəstək məktubu (əgər varsa)
– Şəxsiyyət vəsiqəsi və pasportun surəti
– CV (təhsil, fəaliyyət və s.)
– Motivasiya məktubu
💰 Xərclər barədə:
– İştirak haqqı qarşılanmır
– Nəqliyyat, ezamiyyə və viza xərcləri dəvət məktubuna əsasən qarşılanması mümkündür.
🔍 Qeyd: Bütün müraciətlər əhəmiyyətinə uyğun olaraq dəyərləndirilir və cavablandırılır.