Xəbərlər

“Milli dövlətçilik yolumuz” intellektual çempionatı keçirilib.
  • Xəbərlər
  • 02.05.2026, 14:03

“Milli dövlətçilik yolumuz” intellektual çempionatı keçirilib.

Azərbaycan İdman Akademiyasında təşkil olunan yarışda hər biri 6 nəfərdən ibarət olmaqla ümumilikdə 16 komanda iştirak edib. Çempionat ərzində komandalar arasında maraqlı və gərgin intellektual mübarizə yaşanıb. Yekun nəticələrə əsasən, Azərbaycan Tibb Universitetinin komandası birinci yerə layiq görülüb. Azərbaycan Dövlət İqtisad Universitetinin komandası ikinci, Bakı Dövlət Universitetinin komandası isə üçüncü olublar.

Daha ətraflı
Fəvvarələr Meydanında VI Autizm Festivalı keçirilib.
  • Xəbərlər
  • 02.05.2026, 14:01

Fəvvarələr Meydanında VI Autizm Festivalı keçirilib.

Festival çərçivəsində paytaxt və bölgələrdə autizm sahəsində fəaliyyət göstərən müxtəlif qurumlar öz fəaliyyətlərini ictimaiyyətə təqdim ediblər. Tədbirdə millət vəkilləri, ictimai xadimlər, gənclər təşkilatlarının və Gənclər Evlərinin nümayəndələri, dövlət və özəl sektor təmsilçiləri, eləcə də uşaq, yeniyetmə, gənclər və onların ailə üzvləri iştirak ediblər. Festival proqramına uyğun olaraq autizmli uşaq və gənclərin iştirakı ilə bocce, stolüstü tennis və atletika üzrə yarışlar təşkil olunub. Yarışlarda fərqlənən iştirakçılar medal və diplomlarla təltif ediliblər. Tədbir bədii hissə və konsert proqramı ilə davam etdirilib.

Daha ətraflı
“Respublika Gənclər Debat Forumu: 2026, Yaz” layihəsinin Naxçıvan mərhələsinə start verilib.
  • Xəbərlər
  • 02.05.2026, 13:40

“Respublika Gənclər Debat Forumu: 2026, Yaz” layihəsinin Naxçıvan mərhələsinə start verilib.

Təlimlərin məqsədi gənclərin debatın “PD” formatı, çıxışın hazırlanması, arqumentlərin əsaslandırılması, düzgün sualvermə, mövzunun araşdırılması və təhlili istiqamətlərində nəzəri və praktiki biliklərinin artırılması olub. Təlimlər çərçivəsində iştirakçılar üçün nümunəvi şou-debat da təşkil edilib. Layihə çərçivəsində debat hakimləri ilk dəfə olaraq hüquqi debat formatı üzrə xüsusi hakimlik akkreditasiyasından keçərək öz səriştələrini rəsmiləşdirib, həmçinin peşəkar bacarıqlarını praktiki şəkildə nümayiş etdiriblər.

Daha ətraflı
“Sərhədləri Aşan Gənclər” Forumu keçirilib
  • Xəbərlər
  • 29.04.2026, 06:22

“Sərhədləri Aşan Gənclər” Forumu keçirilib

Forum gənclərin şəxsi inkişafı, liderlik bacarıqları, innovativ düşüncə və yeni imkanlar mövzularını əhatə edib. Tədbir çərçivəsində musiqili çıxışlar və müxtəlif spiker sessiyaları təşkil olunub, tanınmış qonaqlar öz təcrübələrini gənclərlə bölüşüblər. Forumun təşkilində iştirak edən tərəfdaşlar və dəstəkçilər tədbirin daha rəngarəng və səmərəli keçməsinə töhfə verib, iştirakçılar üçün müxtəlif imkanlar yaradılıb.

Daha ətraflı
“Karyera imkanları platforması” çərçivəsində düşərgə təşkil olunub.
  • Xəbərlər
  • 28.04.2026, 13:59

“Karyera imkanları platforması” çərçivəsində düşərgə təşkil olunub.

Beş gün davam edən proqram çərçivəsində iştirakçılar Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının mütəxəssisləri tərəfindən keçirilən “Gələcəyin əmək bazarı”, “İş axtarışı üsulları” və “Müsahibəyə hazırlıq” mövzularında təlimlərə qatılıblar. Layihə çərçivəsində ölkənin müxtəlif sektorlarını təmsil edən şirkətlərin nümayəndələri ilə görüşlər təşkil olunub. Görüşlərdə “Kristal Abşeron” MTK, “Caspian Event Organisers” MMC, “Unibank” ASC, “Buta Farm” MMC, “Qafqaz Konserv” MMC, “Hiperstore” MMC, “AL Market” MMC, “Kənd Inn” MMC, “Fəsil Turizm” MMC, “Macara Club Tourism” MMC, “P1ONEER” MMC-nin təmsilçiləri iştirak edərək mövcud vakansiyalar, işə qəbul prosedurları və karyera imkanları barədə gənclərə ətraflı məlumat veriblər. Layihə çərçivəsində keçirilən görüşlər zamanı şirkət nümayəndələri gənclərin suallarını cavablandırıb, müvafiq sahələrə maraq göstərən və karyerasına başlamaq istəyən iştirakçılar isə öz CV-lərini təqdim ediblər.

Daha ətraflı
II “GİNius” intellektual yarışının yarımfinal mərhələsi baş tutub
  • Xəbərlər
  • 24.04.2026, 06:26

II “GİNius” intellektual yarışının yarımfinal mərhələsi baş tutub

Gərgin keçən bilik mübarizəsində ümumilikdə 27 komanda iştirak edib. Yarışın yekun nəticələrinə əsasən, Xarici İşlər Nazirliyi, Azərbaycan Beynəlxalq Bankı, “Azərbaycan Hava Yolları” QSC, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Vergi Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Məhkəmə-Hüquq Şurası, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Müdafiə Nazirliyi və AZCON Holding final mərhələsinə vəsiqə qazanıblar. Qalib komandalar mayın 8-də keçiriləcək final mərhələsində iştirak edəcəklər.

Daha ətraflı
“Archivision Urban Camp 3” düşərgəsi keçirilib
  • Xəbərlər
  • 22.04.2026, 06:18

“Archivision Urban Camp 3” düşərgəsi keçirilib

Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək onun xatirəsini ehtiramla yad ediblər. Ardınca düşərgənin rəsmi açılış mərasimi keçirilib. Açılışda dövlət qurumları, universitet və özəl sektor nümayəndələri çıxış edərək memarlıq və şəhərsalma sahəsində beynəlxalq təcrübə və aktual mövzular barədə fikirlərini bölüşüblər. Proqram çərçivəsində materialların tətbiqi, şəhər inkişafı, memarlıqda konsepsiya, universal dizayn və insan yönümlü şəhərlər mövzularında təlimlər təşkil olunub. Eyni zamanda keramika üzrə master-klass, modul mebel hazırlanması və şəhər maketlərinin qurulması kimi praktiki məşğələlər həyata keçirilib. İştirakçılar komanda şəklində çalışaraq müxtəlif layihələr hazırlayıb və təqdim ediblər. Düşərgə müddətində həmçinin əyləncəli və sosial fəaliyyətlər də təşkil olunub. Sonda iştirakçılar sertifikatlarla təltif olunub, fərqlənən komandalar isə xüsusi mükafatlara layiq görülüblər.

Daha ətraflı
“Gənc turizm liderləri-3” adlı düşərgə təşkil olunub
  • Xəbərlər
  • 22.04.2026, 05:09

“Gənc turizm liderləri-3” adlı düşərgə təşkil olunub

Gənclər və İdman Nazirliyinin dəstəyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin tərəfdaşlığı ilə keçirilən düşərgədə turizm və otelçilik ixtisası üzrə təhsil alan, müxtəlif ali və orta ixtisas təhsil müəssisələrini təmsil edən 120 gənc iştirak edib. Üç gün davam edən proqram çərçivəsində iştirakçılar üçün ölkəmizin zəngin mədəni və tarixi irsinə həsr olunan master-klaslar, təlimlər, panel müzakirələri və şəhər turu təşkil edilib.

Daha ətraflı
XXIX “Şahin” hərbi-idman oyununun rayon birinciliklərinə start verilib
  • Xəbərlər
  • 20.04.2026, 07:54

XXIX “Şahin” hərbi-idman oyununun rayon birinciliklərinə start verilib

1996-cı ildən etibarən Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tərəfdaşlığı ilə keçirilən “Şahin” hərbi-idman oyunu ölkənin ən böyük hərbi-idman oyunudur. Aprel-may a

Daha ətraflı
Azərbaycan gəncləri “Forbes 30 Under 30 Summit”də iştirak ediblər
  • Xəbərlər
  • 19.04.2026, 06:34

Azərbaycan gəncləri “Forbes 30 Under 30 Summit”də iştirak ediblər

“Forbes 30 Under 30 Summit” gənc liderləri, sahibkarları və innovatorları bir araya gətirən, qlobal səviyyədə ideya və təcrübə mübadiləsi üçün mühüm platformadır. Tədbir iştirakçıları innovasiya, texnologiya, biznes və sosial təsir sahələrində ən son tendensiyalarla tanış olur, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirirlər. Metatesk startapının bu tədbirdə iştirakı Azərbaycan gənclərinin innovasiya potensialının, texnoloji inkişaf sahəsində əldə etdiyi uğurların və ölkəmizin qlobal startap ekosistemində mövqeyinin güclənməsinin bariz nümunəsidir.

Daha ətraflı
Azərbaycan gəncləri “FIRST Robotics Competition” yarışında ölkəmizi təmsil ediblər
  • Xəbərlər
  • 16.04.2026, 05:47

Azərbaycan gəncləri “FIRST Robotics Competition” yarışında ölkəmizi təmsil ediblər

ABŞ-ın Qothem şəhərində keçirilən “FIRST Robotics Competition” yarışında ölkəmizi “Qarabağ Mechack 9030” komandası təmsil edib. Gənclərimiz 39 komandanın yarışdığı “Gotham” regional mərhələsində 14-cü yeri tutublar. Təbrik edirik!

Daha ətraflı
“Şəhər inkişafında gənclərin rolu” mövzusunda yan tədbir təşkil olunub
  • Xəbərlər
  • 15.04.2026, 08:08

“Şəhər inkişafında gənclərin rolu” mövzusunda yan tədbir təşkil olunub

Tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən, BMT Məskunlaşma Proqramının (UN-Habitat) Nyu-York Əlaqələndirmə Ofisi və Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə, Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyi, Somali Federativ Respublikasının Gənclər və İdman Nazirliyi və Özbəkistan Respublikasının Gənclər Agentliyi ilə birgə təşkil edilib. Tədbirin açılış nitqini Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Tofiq Musayev edib. Rəsmi hissədə BMT Məskunlaşma Proqramının Nyu-York Əlaqələndirmə Ofisinin direktoru Toni-Şei Freklton və Serbiya Respublikasının Turizm və Gənclər Nazirliyinin Gənclər üzrə köməkçi naziri İvana Antonijeviç çıxış ediblər. Tədbirdə Azərbaycanın BMT Gənclər Nümayəndəsi Ayxan Məmmədov, Özbəkistan Respublikasının Gənclər Ofisinin direktoru Ruxsora Şakirova və NAYORA-nın sədr müavini Güldanə Dadaşova moderatorluq ediblər. Ümumilikdə 80-ə yaxın iştirakçının qatıldığı tədbirdə Braziliya, Almaniya, Pakistan, Serbiya, Somali, İspaniya və Amerika Birləşmiş Ştatlarından olan 15 gənc spiker şəhər inkişafında gənclərin rolu ilə bağlı fikir və təcrübələrini bölüşüblər.

Daha ətraflı
“Kreativ gənclər III” düşərgəsi təşkil olunub
  • Xəbərlər
  • 15.04.2026, 06:39

“Kreativ gənclər III” düşərgəsi təşkil olunub

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Düşərgədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Şuşa Humanitar Kollecinin tələbələri təmsil olunublar. Proqram müddətində “Səhnədə canlanan kukla: texnika və ifa”, “Şəxsi brend anlayışı”, “Süni intellektin gücü”, “İlk addım: Vokal”, “Body Shaming”, “Müasir dünya dəbində etno üslub”, “İkinci həyat – davamlı moda”, “Daxili güc və enerji” və “Rol üzərində iş” mövzularında müxtəlif təlimlər təşkil olunub. Düşərgə çərçivəsində həmçinin Teatr sənəti fakültəsinin təqdimatında “Ölməz sənətkar” adlı kompozisiya nümayiş olunub. Kompozisiya Xalq artisti Rasim Balayevin əziz xatirəsinə həsr edilərək proqramın ən yaddaqalan məqamlarından biri olub. Bununla yanaşı, sərgi, moda nümayişi, interaktiv oyunlar və konsert proqramları da keçirilib.

Daha ətraflı
Azərbaycan ilk dəfə olaraq BMT Gənclər Nümayəndələri proqramı səviyyəsində rəsmi şəkildə təmsil olunub
  • Xəbərlər
  • 15.04.2026, 05:52

Azərbaycan ilk dəfə olaraq BMT Gənclər Nümayəndələri proqramı səviyyəsində rəsmi şəkildə təmsil olunub

Forum çərçivəsində gənc nümayəndələrin Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının prezidenti cənab Lok Bahadur Tapa və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə rəhbəri xanım Byorq Sandkyer ilə rəsmi tanışlıq görüşü keçirilib. BMT Gənclər Nümayəndələri proqramı üzrə Azərbaycanı ilk dəfə ADA Universitetinin tələbələri Ayxan Məmmədov və Nilgün Məmmədova təmsil ediblər. Onlar həmçinin 2025-ci ildə Ağdamda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumunda da gənc nümayəndələr kimi seçiliblər. Gənc nümayəndələr bir il müddətində nüfuzlu beynəlxalq tədbirlərdə, o cümlədən BMT Baş Qərargahında keçirilən iclaslarda iştirak edəcək, çıxışlar edəcək və müxtəlif komitələrin fəaliyyətinə fəal şəkildə cəlb olunacaqlar.

Daha ətraflı
“Könlüm Qarabağda, Könlüm Zəngəzurda” adlı gənclər düşərgəsi keçirilib
  • Xəbərlər
  • 09.04.2026, 08:06

“Könlüm Qarabağda, Könlüm Zəngəzurda” adlı gənclər düşərgəsi keçirilib

Düşərgənin məqsədi Qarabağ və Şərqi Zəngəzur regionlarından olan gənclərin şəbəkələşməsini gücləndirmək, birlik və həmrəyliklərini artırmaq, təşəbbüslərini dəstəkləmək, həmçinin bərpa-quruculuq prosesinə yönəlmiş innovativ ideyaları bir araya gətirmək olub. Dörd gün davam edən proqramda 65 gənc iştirak edib və müxtəlif komandalar üzrə fəaliyyət göstəriblər. Düşərgə çərçivəsində qazilərlə görüşlər, infosessiyalar, təlimlər, vörkşoplar, intellektual oyunlar, idman yarışları və asudə vaxtın səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər təşkil olunub. Proqramın əsas hissələrindən biri olaraq iştirakçılar Şuşa və Xankəndi şəhərlərinə ekskursiya edərək bölgənin zəngin mədəni-tarixi irsi və aparılan bərpa işləri ilə yaxından tanış olublar.

Daha ətraflı
Azərbaycan gəncləri İsveçrənin Cenevrə şəhərində yerləşən “Palexpo” sərgi mərkəzində keçirilən 51-ci Cenevrə Beynəlxalq İxtiralar Sərgisində
  • Xəbərlər
  • 09.04.2026, 06:12

Azərbaycan gəncləri İsveçrənin Cenevrə şəhərində yerləşən “Palexpo” sərgi mərkəzində keçirilən 51-ci Cenevrə Beynəlxalq İxtiralar Sərgisində

Tədbir çərçivəsində mühəndislik, kosmik texnologiyalar, tibb, aqrotexnologiya və pilotsuz uçuş sistemləri sahələrini əhatə edən innovativ layihələr təqdim olunub. Azərbaycanı təmsil edən komanda tərəfindən “A.I.N.O.S” (kosmik obyektlərin real vaxtda izlənməsi üçün müşahidə sistemi), “Smart Bed System” (tibbi monitorinq və dəstək təmin edən intellektual yataq), “S.O.N.I.A” (axtarış-xilasetmə üçün süni intellekt əsaslı pilotsuz uçuş aparatı) və “ECHRON” (torpaq analizinə əsaslanan ağıllı aqrotexnoloji sistem) kimi layihələr sərgilənib. Sərginin yekununda beynəlxalq münsiflər heyətinin qiymətləndirməsinə əsasən, Azərbaycan milli komandası 5 innovativ layihə ilə çıxış edərək 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Daha ətraflı
II “GİNius”  intellektual yarışının növbəti mərhələsi keçirilib
  • Xəbərlər
  • 09.04.2026, 06:10

II “GİNius” intellektual yarışının növbəti mərhələsi keçirilib

Naxçıvan Şahmat Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış mərasimində Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva və Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Məcid Seyidov çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. 27 komandanın qatıldığı yarış gərgin və maraqlı mübarizə şəraitində keçib. Yekun nəticələrə əsasən, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi birinci yerə layiq görülüb. Naxçıvan MR Daxili İşlər Nazirliyi ikinci, Naxçıvan Baş Gömrük İdarəsi isə üçüncü pillədə qərarlaşıblar. Qalib komandalar Bakı şəhərində keçiriləcək respublika final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Daha ətraflı
II “GİNius” intellektual yarışının növbəti mərhələsi baş tutub
  • Xəbərlər
  • 04.04.2026, 08:39

II “GİNius” intellektual yarışının növbəti mərhələsi baş tutub

Açılış mərasimində gənclər və idman nazirinin müşaviri Ramil Cabbarov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb və belə təşəbbüslərin əhəmiyyətini vurğulayıb. Komanda ruhunun gücləndirilməsi, çevik qərarvermə bacarıqlarının inkişaf etdirilməsi və qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunan bu mərhələdə ümumilikdə 16 qurum iştirak edib. Yekun nəticələrə əsasən, “Azərbaycan Hava Yolları” QSC, “Regional İnkişaf” İctimai Birliyi, Maliyyə Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Dövlət Turizm Agentliyi növbəti mərhələyə yüksəliblər.

Daha ətraflı
Azərbaycan gəncləri “Minoan Robotic Competition” yarışında ölkəmizi təmsil edib
  • Xəbərlər
  • 03.04.2026, 05:55

Azərbaycan gəncləri “Minoan Robotic Competition” yarışında ölkəmizi təmsil edib

40-dan artıq ölkədən 700-dən çox komandanın mübarizə apardığı beynəlxalq yarışda komandamız “Obstacle Race Advanced” kateqoriyası üzrə birinci yeri tutub. Təbrik edirik!

Daha ətraflı
“Beynəlxalq Novruz Festivalı Azərbaycan” layihəsi keçirilib
  • Xəbərlər
  • 02.04.2026, 08:41

“Beynəlxalq Novruz Festivalı Azərbaycan” layihəsi keçirilib

Azərbaycan, İtaliya, Niderland, Almaniya, Qazaxıstan və Pakistanı təmsil edən 40 iştirakçının qatıldığı proqram çərçivəsində gənclər Azərbaycanın zəngin mədəni və tarixi irsi ilə yaxından tanış olub, eyni zamanda interaktiv fəaliyyətlərdə iştirak edərək yeni beynəlxalq əlaqələr qurmaq imkanı əldə ediblər. Layihə müddətində təşkil olunan mədəni təqdimatlar, şəhər turları və sosial fəaliyyətlər gənclərin müxtəlif mədəniyyətləri daha yaxından tanımasına, qarşılıqlı anlaşmanın güclənməsinə və Novruz ruhunun birgə yaşadılmasına şərait yaradıb.

Daha ətraflı
Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
  • Xəbərlər
  • 01.04.2026, 08:47

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

Daha sonra dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi, Mentorluq proqramının iştirakçısı İnsafəli Səmədov proqram çərçivəsində qazandığı təcrübə, əməkdaşlıq imkanları, eləcə də gənclər və idman sahəsində əldə etdiyi yeni biliklər barədə danışıb. İnsafəli Səmədov göstərilən dəstəyə görə nazirə təşəkkürünü bildirərək gələcəkdə də birgə fəaliyyətin davam etdirilməsində maraqlı olduğunu qeyd edib. Görüşdə nazir müavini Fərhad Hacıyev və nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova da iştirak ediblər.

Daha ətraflı
Azərbaycan nümayəndə heyəti Tacikistan Respublikasının Düşənbə şəhərində “Novruz-2026” Ümumdünya Gənclər Festivalı və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Gənclər Forumunda iştirak dib
  • Xəbərlər
  • 21.03.2026, 08:43

Azərbaycan nümayəndə heyəti Tacikistan Respublikasının Düşənbə şəhərində “Novruz-2026” Ümumdünya Gənclər Festivalı və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Gənclər Forumunda iştirak dib

Forum çərçivəsində iqlim dəyişikliyi və bu sahədə gənclərin rolu, sahibkarlıq, innovativ iqtisadiyyat, rəqəmsallaşma və yeni texnologiyalar, könüllülük və digər aktual mövzular üzrə müzakirələr aparılıb. Bununla yanaşı, iştirakçılar üçün Tacikistanın Hisar və Nurek şəhərlərinə ekskursiyalar təşkil olunub. Azərbaycan nümayəndə heyətinin tərkibində təmsil olunan gənclər təşkilatlarının nümayəndələri və müxtəlif sahələrdən olan fəal gənclər tədbirdə ölkəmizin müvafiq sahələr üzrə təcrübəsini iştirakçılarla bölüşüblər.

Daha ətraflı
2026-cı ilin “Gənclər Paytaxtı” Goranboyda BaharFest və Novruz şənliyi keçirilib
  • Xəbərlər
  • 19.03.2026, 11:13

2026-cı ilin “Gənclər Paytaxtı” Goranboyda BaharFest və Novruz şənliyi keçirilib

Bölgələrdən olan gənclərin iştirakı ilə folklor nümunələri, musiqi proqramları və ifalar nümayiş etdirilib. “Gənclər Paytaxtı”nın maskotu festivala xüsusi rəng qatıb. 33 Gənclər Evinin iştirakı ilə keçirilən festival gənclər arasında birlik, həmrəylik və Novruz ənənələrinin yaşadılmasına töhfə verib.

Daha ətraflı
Beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərin cənab nazirlə görüşü
  • Xəbərlər
  • 18.03.2026, 11:54

Beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərin cənab nazirlə görüşü

Yaponiya, Türkiyə, ABŞ, Danimarka, Yunanıstan, Vyetnam, İsveçrə və Koreyada keçirilmiş beynəlxalq əhəmiyyətli tədbirlər, beynəlxalq yarışlarda iştirak edən gənclər öz təəssüratlarını paylaşıb, nailiyyətləri, tədbirlərdə iştirakları barədə ətraflı məlumat veriblər. Görüşdə gənclərin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov nailiyyət qazanan gəncləri təbrik edib, fəaliyyətlərinin davamlılığını arzulayıb.

Daha ətraflı