Xəbərlər

Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüş
  • Xəbərlər
  • 17.03.2026, 11:26

Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüş

Tədbirdə ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Həmidə Əliyeva çıxış edərək ölkədə gənclər siyasətinin əhəmiyyəti və gənclərin inkişaf imkanları barədə danışıb. Nazirliyin Tələbələrlə iş sektorunun müdiri Elnur Abdullayev çıxış edərək nazirliyin fəaliyyəti və əsas vəzifələri haqqında məlumat verib, iştirakçılara beynəlxalq tədbirlər, forumlar və mübadilə proqramlarında iştirak imkanlarını təqdim edib. Tədbir sual-cavab sessiyası və gələcək əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi ilə yekunlaşıb.

Daha ətraflı
“360° Sosial Media: TGT-lərin sosial media idarəetməsi və aktivliyi” mövzusunda təlim keçirilib
  • Xəbərlər
  • 16.03.2026, 12:47

“360° Sosial Media: TGT-lərin sosial media idarəetməsi və aktivliyi” mövzusunda təlim keçirilib

Təlimdə ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatlarının ictimaiyyətlə əlaqələr üzrə nümayəndələri iştirak ediblər. Tədbirdə tələbələrə gənclər və idman nazirinin müşaviri Ramil Cabbarov sosial media idarəçiliyi və marketinq mövzusunda təlim keçərək bu sahədə effektiv kommunikasiya, düzgün kontent strategiyası və auditoriya ilə əlaqələrin qurulması barədə fikirlərini bölüşüb. Sonda TGT nümayəndələri onları maraqlandıran sualları ünvanlayaraq mövzu ilə bağlı ətraflı məlumat əldə ediblər.

Daha ətraflı
Təşkilatlarının Novruz yığıncağı keçirilib
  • Xəbərlər
  • 16.03.2026, 12:42

Təşkilatlarının Novruz yığıncağı keçirilib

Tədbirdə 70-ə yaxın gənclər təşkilatı nümayəndəsi iştirak edərək gələcək fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparıb. Proqram çərçivəsində iştirakçılar üçün maraqlı master-klaslar təşkil olunub, canlı musiqi təqdim edilib

Daha ətraflı
“NovruzFest” düşərgəsi keçirilib
  • Xəbərlər
  • 15.03.2026, 11:24

“NovruzFest” düşərgəsi keçirilib

Düşərgə çərçivəsində təşkil olunan “Novruz və gənclər arasında ortaq mənəvi dəyərlərin təşviqi” mövzusunda seminarda iştirakçılara milli adət-ənənələrimiz və dəyərlərimiz barədə ətraflı məlumat verilib. Eyni zamanda, gənclər təqdimatlarla çıxış edərək öz ölkələrinin mədəniyyətini və ənənələrini bölüşüblər. Düşərgə müddətində iştirakçılar üçün müxtəlif intellektual oyunlar və idman yarışları keçirilib. Gənclər Novruz tonqalı ətrafında bir araya gələrək milli musiqi və rəqs nümunələri ilə tanış olub, ənənəvi oyunlarda iştirak ediblər. Bununla yanaşı, iştirakçılar üçün Şəki şəhərinin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmaq məqsədilə ekskursiya təşkil olunub.

Daha ətraflı
II “GİNius” intellektual yarışının növbəti mərhələsi keçirilib
  • Xəbərlər
  • 14.03.2026, 12:53

II “GİNius” intellektual yarışının növbəti mərhələsi keçirilib

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə gənclər və idman nazirinin müşaviri Ramil Cabbarov və nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Yarışın bu mərhələsində 14 qurum mübarizə aparıb. Nəticələrə əsasən, Əmlak Məsələləri Dövlət Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikasının Baş Prokurorluğu, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi növbəti mərhələyə vəsiqə qazanıblar.

Daha ətraflı
“Urban Hackathon 2026 – Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu” keçirilib
  • Xəbərlər
  • 13.03.2026, 11:21

“Urban Hackathon 2026 – Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu” keçirilib

Tədbirdə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrini təmsil edən komandalar yarışaraq 48 saat ərzində layihələr üzərində çalışıblar. Bu müddət ərzində peşəkar ekspertlər və mentorlar komandalarla birbaşa işləyərək maliyyə modelləri, sahibkarlıq yanaşması, dayanıqlı innovasiyalar, Dayanıqlı İnkişaf Məqsədləri və əlçatanlıq mövzularında tövsiyələr veriblər. Hakaton çərçivəsində iştirakçılar, layihələrinin problemin analizi, təklif olunan həll mexanizmi, məhsul və ya xidmət modeli, bazar potensialı və davamlılığı ilə bağlı təqdimatlar ediblər. Layihənin yekununda ən uğurlu ideyalar qaliblər olaraq müəyyənləşdirilib və müvafiq mükafatlarla təltif olunub.

Daha ətraflı
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Bizim şəhərlər: Gənclərin baxışı” düşərgəsi keçirilib
  • Xəbərlər
  • 12.03.2026, 11:18

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Bizim şəhərlər: Gənclərin baxışı” düşərgəsi keçirilib

6 gün davam edən proqramda 150 gənc şəhərsalma, memarlıq, innovasiya və yaradıcılıq sahələrində nəzəri biliklər əldə edib, praktiki fəaliyyətlər vasitəsilə bu bilikləri tətbiq edib. Təlim sessiyaları, panel müzakirələri və interaktiv fəaliyyətlər iştirakçıların analitik düşünmə, yaradıcılıq və komanda əməkdaşlığı bacarıqlarını inkişaf etdirib. Proqram çərçivəsində keçirilən tematik vörkşoplar və yaradıcı fəaliyyətlər gənclərin şəhər mühitinə dair baxışlarını formalaşdırmağa, mövcud problemlərin təhlili və alternativ həll yanaşmalarının irəli sürülməsinə şərait yaradıb.

Daha ətraflı
“Könüllü Baharı 2” Azərbaycan könüllülərinin yaz düşərgəsi keçirilib
  • Xəbərlər
  • 07.03.2026, 12:56

“Könüllü Baharı 2” Azərbaycan könüllülərinin yaz düşərgəsi keçirilib

Proqram çərçivəsində iştirakçılar üçün komanda quruculuğu oyunları, voleybol çempionatı, “Bahar missiyası” adlı kvest və özünümüdafiə üzrə praktiki təlimlər təşkil olunub. Bununla yanaşı, peşəkar ekspertlər tərəfindən bədən dili, layihələrin idarə olunması və kommunikasiya mövzularında sessiyalar keçirilib. Tədbir Novruz adət-ənənələrini özündə əks etdirən səməni bəzəmə ustad dərsləri, “Novruz xonçası” müsabiqəsi və tonqal mərasimi ilə davam edib. Sonda yarış və müsabiqələrin qalibləri mükafatlandırılıb.

Daha ətraflı
“The WeekEND III – Tələbə Klubları” düşərgəsi keçirilib
  • Xəbərlər
  • 27.02.2026, 12:58

“The WeekEND III – Tələbə Klubları” düşərgəsi keçirilib

Düşərgənin ilk günündə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Açılış mərasimində Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, Gənclər və İdman Nazirliyinin Tələbələrlə iş sektorunun müdiri Elnur Abdullayev və ATGTİ-nin sədri Rəşad Zeynalov iştirakçıları salamlayaraq çıxış ediblər. Proqram çərçivəsində klub idarəçiliyi, marketinq və brend quruculuğu, innovasiya və layihə hazırlanması, süni intellekt, akademik və karyera planlaması, liderlik və komanda idarəetməsi mövzularında təlimlər, sessiyalar və müzakirələr keçirilib. Eyni zamanda startapçılarla görüşlər, layihə təqdimatları, intellektual və idman yarışları da təşkil olunub.

Daha ətraflı
“Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib
  • Xəbərlər
  • 20.02.2026, 07:08

“Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib

Goranboy şəhərində 2026-cı il üçün “Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib.

Daha ətraflı
“Menecer səriştələrinin inkişafı” mövzusunda təlim-düşərgə keçirilib
  • Xəbərlər
  • 16.02.2026, 13:02

“Menecer səriştələrinin inkişafı” mövzusunda təlim-düşərgə keçirilib

Beş gün davam edən proqramda ölkənin müxtəlif bölgələrindən 100-dən çox nümayəndə iştirak edib. Düşərgə müasir rəhbərin əsas səriştələrini əhatə edən “Strateji düşüncə”, “Komanda idarəetməsi”, “Büdcə planlaması”, “Xidmətyönümlü fəaliyyət” və “Maraqlı tərəflərlə effektiv əməkdaşlıq” istiqamətləri üzrə təşkil olunub. Təlimdə iştirakçılar real hadisələr əsasında hazırlanmış keys nümunələri, praktiki tapşırıqlar, oyun modelləri və komanda fəaliyyətləri vasitəsilə qərarvermə, məsuliyyət və nəticəyönümlü idarəetmə bacarıqlarını praktik mühitdə tətbiq ediblər. Refleksiya sessiyaları isə öyrənilən yanaşmaların sistemləşdirilməsinə və fərdi inkişaf planlarının formalaşdırılmasına şərait yaradıb. Düşərgənin sonunda iştirakçılar tərəfindən hazırlanmış təqdimatlar və keys müdafiələri təqdim olunub, qiymətləndirmə mərhələsi keçirilib və proqramı uğurla tamamlayan rəhbərlərə müvafiq sertifikatlar verilib.

Daha ətraflı
“Gənclik düşərgəsi” təşkil olunub
  • Xəbərlər
  • 09.02.2026, 06:03

“Gənclik düşərgəsi” təşkil olunub

#Goranboy2026 “Gənclər Paytaxtı” tədbirlər planı çərçivəsində Goranboy Olimpiya İdman Kompleksində 17-23 yaş aralığında olan şəhid övladları üçün “Gənclik düşərgəsi” təşkil olunub.

Daha ətraflı
"TGT-lərin Strateji Planlaşdırma Konfransı 2026" keçirilib
  • Xəbərlər
  • 09.02.2026, 05:58

"TGT-lərin Strateji Planlaşdırma Konfransı 2026" keçirilib

Fevralın 9-dan 12-dək Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə “TGT-lərin Strateji Planlaşdırma Konfransı 2026” keçirilib.

Daha ətraflı
Azərbaycan gəncləri  “Indus AI Summit 2026” layihəsində iştirak ediblər
  • Xəbərlər
  • 09.02.2026, 05:51

Azərbaycan gəncləri “Indus AI Summit 2026” layihəsində iştirak ediblər

Azərbaycan gəncləri Pakistanın İslamabad şəhərində keçirilən “Indus AI Summit 2026” layihəsində iştirak ediblər. Açılış mərasimində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifi çıxış edib. Daha sonra ölkənin süni intellekt strategiyası barədə məlumat verilib və tədbir panel müzakirələrlə davam edib.

Daha ətraflı
“Hər kəs üçün Gənclik” adlı inklüziv düşərgə keçirilib
  • Xəbərlər
  • 09.02.2026, 05:46

“Hər kəs üçün Gənclik” adlı inklüziv düşərgə keçirilib

Fevralın 9-dan 13-dək Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində əlilliyi olan gənclərlə birgə, ümumilikdə 65 nəfərin iştirakı ilə “Hər kəs üçün Gənclik” adlı inklüziv düşərgə keçirilib.

Daha ətraflı
“Açıq zəka, parlaq gələcək” adlı II beynəlxalq qış məktəbi keçirilib
  • Xəbərlər
  • 08.02.2026, 05:56

“Açıq zəka, parlaq gələcək” adlı II beynəlxalq qış məktəbi keçirilib

Fevralın 8-dən 14-dək Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan İdman Akademiyasının təşkilatçılığı ilə Türk dünyası gəncləri üçün “Açıq zəka, parlaq gələcək” adlı II beynəlxalq qış məktəbi keçirilib. Açılış mərasimində dövlət və qurum nümayəndələri çıxış edərək proqramın gənclərin bilik və bacarıqlarının inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.

Daha ətraflı
“Könüllülərin Karyera Düşərgəsi” keçirilib
  • Xəbərlər
  • 08.02.2026, 05:53

“Könüllülərin Karyera Düşərgəsi” keçirilib

Fevralın 8-dən 12-dək Şəki Olimpiya İdman Kompleksində “Könüllülərin Karyera Düşərgəsi” keçirilib. Gənclər və İdman Nazirliyi, Dövlət Məşğulluq Agentliyi və “Coca-Cola Azərbaycan”ın dəstəyi, “ASAN Könüllüləri” Təşkilatı və “ASAN Kadr” Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən düşərgədə bakalavr təhsilinin sonuncu kursunda təhsil alan tələbələr, magistrantlar, qiyabi təhsil alan şəxslər, həmçinin 29 yaşadək ali təhsilli məzun gənclər iştirak ediblər.

Daha ətraflı
Qurumlararası II “GİNius” intellektual yarışı start götürüb
  • Xəbərlər
  • 07.02.2026, 06:20

Qurumlararası II “GİNius” intellektual yarışı start götürüb

Fevralın 7-də Bakı Kristal Zalında “Gənclər həftəsi” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənc əməkdaşlar arasında qurumlararası II “GİNius” intellektual yarışı start götürüb.

Daha ətraflı
“VEX V5 Robotics Competition” və “VEX IQ Competition” üzrə respublika turniri keçirilib
  • Xəbərlər
  • 07.02.2026, 06:09

“VEX V5 Robotics Competition” və “VEX IQ Competition” üzrə respublika turniri keçirilib

Fevralın 7–8-də Bakı Avropa Liseyində Gənclər və İdman Nazirliyi və Elm və Təhsil Nazirliyinin dəstəyi, STEAM Azərbaycanın təşkilatçılığı ilə məktəblilər arasında “VEX V5 Robotics Competition” və “VEX IQ Competition” üzrə respublika turniri keçirilib.

Daha ətraflı
“Gənclər Zirvəsi” – Qəbələ Qış Festivalı keçirilib
  • Xəbərlər
  • 07.02.2026, 06:06

“Gənclər Zirvəsi” – Qəbələ Qış Festivalı keçirilib

“Gənclər həftəsi”nin son günündə Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksində 350 gəncin iştirakı ilə “Gənclər Zirvəsi” – Qəbələ Qış Festivalı keçirilib. Festivalda şəhid övladları, region gəncləri, Gənclər Evlərinin üzvləri, tələbələr, könüllülər və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Daha ətraflı
“Sağlam məhəllə”lər istifadəyə verilib
  • Xəbərlər
  • 06.02.2026, 06:31

“Sağlam məhəllə”lər istifadəyə verilib

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində fevralın 6-da Naxçıvan Muxtar Respublikasının Babək, Culfa və Şahbuz şəhərlərində yaradılmış “Sağlam məhəllə”lər istifadəyə verilib.

Daha ətraflı
Gənclər və idman naziri Fərid Qayıbovun Naxçıvan gəncləri ilə görüşü keçirilib
  • Xəbərlər
  • 06.02.2026, 06:27

Gənclər və idman naziri Fərid Qayıbovun Naxçıvan gəncləri ilə görüşü keçirilib

Fevralın 6-da gənclər və idman naziri Fərid Qayıbov Naxçıvan şəhərinə səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikası gəncləri ilə görüşüb.

Daha ətraflı
“Azərbaycan gəncliyi: Ulu Öndər ideyalarından müasir inkişaf mərhələsinədək” adlı tədbir keçirilib
  • Xəbərlər
  • 06.02.2026, 06:24

“Azərbaycan gəncliyi: Ulu Öndər ideyalarından müasir inkişaf mərhələsinədək” adlı tədbir keçirilib

Fevralın 6-da Naxçıvan şəhərində “Azərbaycan gəncliyi: Ulu Öndər ideyalarından müasir inkişaf mərhələsinədək” adlı tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı videoçarx nümayiş olunub.

Daha ətraflı
Naxçıvan şəhərində “GəncFest” festivalı keçirib
  • Xəbərlər
  • 06.02.2026, 06:22

Naxçıvan şəhərində “GəncFest” festivalı keçirib

Gənclər və İdman Nazirliyi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Naxçıvan şəhərində “GəncFest” festivalı keçirib.

Daha ətraflı