Xəbərlər

Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasına şəhərinə səfər edib
  • Xəbərlər
  • 22.01.2026, 13:48

Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasına şəhərinə səfər edib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları, Gənclər Evi sosial xidmət müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət heyətin üzvləri Türkiyə Respublikası Gənclər və İdman Nazirliyinin rəsmiləri, eləcə də ali təhsil müəssisələrinin sahə üzrə mütəxəssisləri ilə keçirilən görüşlərdə və platformanın öyrənilməsinə dair bir sıra məlumatlandırma sessiyalarında iştirak ediblər. Görüşlər zamanı "e-Bələdçilik" platformasının funksional imkanları, tətbiq mexanizmləri, gənclərlə iş sahəsində istifadəsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş müzakirələr aparılıb.

Daha ətraflı
Dövlət qurumlarının gənc əməkdaşları arasında “GİNus” intellektual yarışı təşkil olunub
  • Xəbərlər
  • 20.12.2025, 13:24

Dövlət qurumlarının gənc əməkdaşları arasında “GİNus” intellektual yarışı təşkil olunub

Azərbaycan İdman Akademiyasında keçirilən yarışda 26 dövlət qurumunu təmsil edən 150 gənc əməkdaş iştirak edib. Komandalar bilik və məntiqə əsaslanan suallar üzrə gərgin və maraqlı mübarizə aparıblar. Yekun nəticələrə əsasən, yarışın qalibi Azərbaycan Beynəlxalq Bankının komandası olub. Xarici İşlər Nazirliyinin komandası ikinci, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandası isə üçüncü yerə layiq görülüblər.

Daha ətraflı
"Respublika Gəncləri Debat Forumu–2025" keçirilib
  • Xəbərlər
  • 19.12.2025, 15:10

"Respublika Gəncləri Debat Forumu–2025" keçirilib

Debat forumunda 10 regionu təmsil edən 120 gənc spiker, hakim və auditoriya qismində iştirak edib. Forumun final mərhələsində Bakı şəhərini təmsil edən Milli Aviasiya Akademiyasının komandası ilə Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetinin komandası qarşılaşıb. Qalib Milli Aviasiya Akademiyasının komandası olub. Turnir çərçivəsində natiqlik bacarıqları ilə fərqlənən ümumilikdə 10 ən yaxşı natiq müəyyən edilib. “Respublika Gəncləri Debat Forumu–2025”in ən yaxşı birinci natiqi Milli Aviasiya Akademiyasının tələbəsi Leyli Məmmədli seçilib. Qeyd edək ki, forum müddətində gənclərin nitq və natiqlik bacarıqlarının artırılması məqsədilə bir sıra interaktiv təlimlər də keçirilib.

Daha ətraflı
"Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi" keçirilib
  • Xəbərlər
  • 14.12.2025, 13:35

"Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi" keçirilib

Düşərgə iştirakçıları ilk olaraq Quba rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra isə ilkin tanışlıq və təlimatlandırma görüşü baş tutub. Qeyd edək ki, düşərgəyə dekabrın 18-də yekun vurulacaq.

Daha ətraflı
Gənclər və idman naziri Fərid Qayıbov Türkiyə nümayəndə heyətini qəbul edib.
  • Xəbərlər
  • 13.12.2025, 13:42

Gənclər və idman naziri Fərid Qayıbov Türkiyə nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında gənclərlə iş sahəsində mövcud əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, bu sahədə həyata keçirilən birgə layihələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Qeyd edək ki, proqram çərçivəsində Gənclər Evləri və gənclər təşkilatları ilə görüşlər, “Gənclər Paytaxtı” Sumqayıta və Qarabağa səfər, tarixi məkanlara ziyarətlər həyata keçiriləcək.

Daha ətraflı
Gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb
  • Xəbərlər
  • 10.12.2025, 13:56

Gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb

Türkiyə, Özbəkistan, Mərakeş Krallığı, Braziliya, Qazaxıstan, İtaliya, Sinqapur, Rusiya və Estoniyada keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, mübadilə proqramları, beynəlxalq yarışlarda iştirak edən gənclər öz təəssüratlarını paylaşıb, nailiyyətləri, tədbirlərdə iştirakları barədə ətraflı məlumat veriblər. Görüşdə gənclərin fikir və təkliflərini dinləyən nazir Fərid Qayıbov nailiyyət qazanan gənclərə fəaliyyətlərinin davamlılığını arzulayıb.

Daha ətraflı
Türkiyyə nümayəndə heyyəti Azərbaycanda səfərdə club
  • Xəbərlər
  • 10.12.2025, 13:31

Türkiyyə nümayəndə heyyəti Azərbaycanda səfərdə club

Proqram çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Gənclər Mərkəzi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Sabunçu və Sumqayıt Gənclər Evləri sosial xidmət müəssisələri, Qarabağ Universiteti ilə tanış olub, həmçinin ölkənin ictimai, tarixi və mədəni həyatını əks etdirən məkanlara səfər ediblər. Səfər zamanı nümayəndə heyəti Sumqayıt, Şuşa və Xankəndi şəhərlərində olub, həmin ərazilərdə həyata keçirilən sosial inkişaf, bərpa və yenidənqurma işləri, eləcə də gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat əldə ediblər.

Daha ətraflı
Azərbaycan nümayəndə heyəti Mərakeş Krallığında keçirilən beynəlxalq tədbirdə iştirak edib
  • Xəbərlər
  • 09.12.2025, 13:15

Azərbaycan nümayəndə heyəti Mərakeş Krallığında keçirilən beynəlxalq tədbirdə iştirak edib

Tədbirdə Azərbaycanı “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Könül Bayramova və Dünya Azərbaycanlıları Gənclər Təşkilatının Baş katibi Ayxan Hüseynov təmsil ediblər. Müzakirələr zamanı gənclərin beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında rolu, regionlararası əməkdaşlığın genişləndirilməsi, eləcə də gənclərin qərar qəbuletmə prosesində fəal iştirakı vurğulanıb.

Daha ətraflı
“4P Gənclər Evi” düşərgəsi keçirilib
  • Xəbərlər
  • 08.12.2025, 13:38

“4P Gənclər Evi” düşərgəsi keçirilib

Düşərgədə 33 müəssisədən ümumilikdə 99 nəfər əməkdaş iştirak edib. İştirakçılar 4 fərqli qrupa bölünərək həm təşkilatçı, həm də iştirakçı qismində fəal iştirak edib və bu proses ərzində yeni bilik və bacarıqlar əldə ediblər. Düşərgə müddətində iştirakçılar üçün təlimlər, qrup işi, intellektual və əyləncəli yarışlar, həmçinin sosial gecə təşkil olunub. Düşərgə çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar bir sıra anım tədbirləri də keçirilib. Tədbirlər çərçivəsində Ümummilli Liderin həyat və dövlətçilik fəaliyyətinə həsr olunmuş filmin nümayişi, Quba Heydər Əliyev Mərkəzinə piyada ekskursiya, Ulu Öndərin abidəsinin ziyarəti və ağacəkmə aksiyası təşkil edilib. Bütün fəaliyyətlərdə Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi, eləcə də inkişaf proqramının iştirakçıları fəal iştirak ediblər.

Daha ətraflı
Azərbaycan nümayəndə heyəti “All Japan Robot Sumo Tournament Grand Final 2025” uğurla çıxış edib
  • Xəbərlər
  • 06.12.2025, 13:54

Azərbaycan nümayəndə heyəti “All Japan Robot Sumo Tournament Grand Final 2025” uğurla çıxış edib

Qeyd edək ki, final mərhələsində ümumilikdə 19 ölkədən iştirakçılar mübarizə aparıb. Mini sumo kateqoriyasında 184 komanda ilə yarışan “Cyber-X” komandası 1/8 finala, mega sumo kateqoriyasında isə 113 komanda arasında mübarizə aparan “AD-ASTRA” komandası 1/16 finala qədər yüksəlib. Hər iki komanda robotların texniki quruluşu, mexaniki sabitliyi, sensor dəqiqliyi və döyüş strategiyası ilə seçilərək münsiflər tərəfindən yüksək qiymətləndirilib. Səfər çərçivəsində komandanın “All Japan Robot Sumo Tournament”in təşkilat heyəti ilə görüşü də baş tutub. Görüş zamanı beynəlxalq əməkdaşlıq, robototexnika sahəsində təcrübə mübadiləsi və gələcək layihələr müzakirə edilib.

Daha ətraflı
Azərbaycan gəncləri “Robotex International 2025” yarışmasının final mərhələsində uğurla çıxış edib
  • Xəbərlər
  • 05.12.2025, 13:52

Azərbaycan gəncləri “Robotex International 2025” yarışmasının final mərhələsində uğurla çıxış edib

Finalda 32 ölkədən 921 komanda olmaqla ümumilikdə 3200-dən çox iştirakçı mübarizə aparıb. “UneCode” komandası “Stoneridge Entrepreneurship Challenge” kateqoriyasında 56 komanda arasında 5-ci yerə layiq görülüb.

Daha ətraflı
Qarabağ Zəfərinin 5-ci ilinə həsr olunmuş 25-ci “Poliqon” hərbi-vətənpərvərlik düşərgəsi keçirilib
  • Xəbərlər
  • 21.11.2025, 07:52

Qarabağ Zəfərinin 5-ci ilinə həsr olunmuş 25-ci “Poliqon” hərbi-vətənpərvərlik düşərgəsi keçirilib

Noyabrın 21–23-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Mingəçevir Turizm Kollecinin tələbələri üçün “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunmuş 25-ci “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi keçirilib.

Daha ətraflı
"MDB üçün 100 ideya" adlı beynəlxalq layihədə Azərbaycan nümayəndə heyəti iştirak edib
  • Xəbərlər
  • 19.11.2025, 07:37

"MDB üçün 100 ideya" adlı beynəlxalq layihədə Azərbaycan nümayəndə heyəti iştirak edib

Noyabrın 19-dan 21-dək Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə gənclərdən ibarət nümayəndə heyəti Qazaxıstan Respublikasının Astana şəhərində MDB-yə üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının növbəti iclasında, eləcə də gənclər arasında “MDB üçün 100 ideya” adlı beynəlxalq layihələr müsabiqəsində iştirak edib.

Daha ətraflı
Avropa Şurasının Gənclərlə iş üzrə İdarəetmə Komitəsinin (CDEJ) və Gənclərlə iş üzrə Birgə Şuranın növbəti iclasında Azərbaycan nümayəndə heyəti iştirak edib
  • Xəbərlər
  • 17.11.2025, 08:13

Avropa Şurasının Gənclərlə iş üzrə İdarəetmə Komitəsinin (CDEJ) və Gənclərlə iş üzrə Birgə Şuranın növbəti iclasında Azərbaycan nümayəndə heyəti iştirak edib

Noyabrın 17-dən 19-dək Fransanın Strasburq şəhərində Avropa Şurasının Gənclərlə iş üzrə İdarəetmə Komitəsinin (CDEJ) və Gənclərlə iş üzrə Birgə Şuranın növbəti iclasları keçirilib. Toplantılarda gənclər sahəsində hökumətlərarası fəaliyyətlərin icra vəziyyəti, 2025-2026-cı illər üçün əsas prioritet istiqamətlər və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Daha ətraflı
AQEM ölkələrinin könüllülük hərəkatı liderlərinin forumu və AQEM gənclərinin beyinfırtınası yarışması keçirilib
  • Xəbərlər
  • 13.11.2025, 13:16

AQEM ölkələrinin könüllülük hərəkatı liderlərinin forumu və AQEM gənclərinin beyinfırtınası yarışması keçirilib

Noyabrın 13-də AQEM ölkələrinin könüllülük hərəkatı liderlərinin forumu və AQEM gənclərinin beyinfırtınası yarışması keçirilib. Forumun açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva və AQEM-in insan ölçüsü üzrə eksperti, səfir İsmət Cahan çıxış ediblər.

Daha ətraflı
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının 8-ci iclası çərçivəsində Gənclər Şurasının yekun sənədi qəbul olunub
  • Xəbərlər
  • 12.11.2025, 13:38

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının 8-ci iclası çərçivəsində Gənclər Şurasının yekun sənədi qəbul olunub

Noyabrın 12-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının 8-ci iclası çərçivəsində Gənclər Şurasının yekun sənədi qəbul olunub. Tədbir “Dayanıqlı İnkişaf Məqsədləri fəaliyyətdə” mövzusuna həsr olunmuş təlim sessiyaları ilə davam edib.

Daha ətraflı
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının 8-ci iclası keçirilib
  • Xəbərlər
  • 12.11.2025, 13:23

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının 8-ci iclası keçirilib

Noyabrın 12-də Bakı şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının 8-ci iclası keçirilib. İclas Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov və AQEM-in baş katibi Kayrat Sarıbay çıxış ediblər.

Daha ətraflı
“Mərkəzi Asiyanın tarixi-mədəni irsi: keçmişdən ortaq gələcəyə” adlı beynəlxalq layihədə Azərbaycan nümayəndə heyəti iştirak edib
  • Xəbərlər
  • 12.11.2025, 08:04

“Mərkəzi Asiyanın tarixi-mədəni irsi: keçmişdən ortaq gələcəyə” adlı beynəlxalq layihədə Azərbaycan nümayəndə heyəti iştirak edib

Azərbaycan gəncləri Özbəkistanın paytaxtı Daşkənd şəhərində Mərkəzi Asiya Dövlət Başçılarının Yeddinci Məşvərət Görüşü çərçivəsində keçirilən “Mərkəzi Asiyanın tarixi-mədəni irsi: keçmişdən ortaq gələcəyə” adlı beynəlxalq konqresdə iştirak ediblər.

Daha ətraflı
“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Respublika Gənclər Debat Forumu: Qış, 2025” layihəsinin Naxçıvan mərhələsinə start verilib
  • Xəbərlər
  • 11.11.2025, 08:27

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Respublika Gənclər Debat Forumu: Qış, 2025” layihəsinin Naxçıvan mərhələsinə start verilib

Noyabrın 11-dən 13-dək Naxçıvan şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutun tərəfdaşlığı və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə gənclərin natiqlik və ünsiyyət bacarıqlarının artırılması, debat mədəniyyətinin inkişafına yönəlmiş intensiv təlim proqramı keçirilib.

Daha ətraflı
Azərbaycan–Özbəkistan II Gənclər Forumu keçirilib
  • Xəbərlər
  • 06.11.2025, 14:09

Azərbaycan–Özbəkistan II Gənclər Forumu keçirilib

Noyabrın 6-da Azərbaycan–Özbəkistan II Gənclər Forumu keçirilib. Tədbir Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan və Özbəkistan himnləri səsləndirilib. Forum çərçivəsində iki ölkə arasında dostluq və birgə əməkdaşlığı vurğulayan videoçarx nümayiş olunub.

Daha ətraflı
“GİNius Tələbə-Gənclər Kuboku 2025” çərçivəsində “Fibonacci” intellektual-əyləncəli oyunun respublika final mərhələsi keçirilib
  • Xəbərlər
  • 05.11.2025, 14:26

“GİNius Tələbə-Gənclər Kuboku 2025” çərçivəsində “Fibonacci” intellektual-əyləncəli oyunun respublika final mərhələsi keçirilib

Noyabrın 5-də “GİNius Tələbə-Gənclər Kuboku 2025” çərçivəsində “Fibonacci” intellektual-əyləncəli oyunun respublika final mərhələsi baş tutub. Yarış Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Fibonacci” MMC-nin tərəfdaşlığı ilə Azərbaycan İdman Akademiyasında təşkil olunub. Açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva və ATGTİ-nin sədri Rəşad Zeynalov çıxış ediblər.

Daha ətraflı
Gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş “Müasir dövrdə gənclər arasında radikalizm və ekstremizm meylləri” mövzusunda Mərkəzi Aran iqtisadi rayonu üzrə zona toplantısı keçirilib
  • Xəbərlər
  • 04.11.2025, 14:29

Gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş “Müasir dövrdə gənclər arasında radikalizm və ekstremizm meylləri” mövzusunda Mərkəzi Aran iqtisadi rayonu üzrə zona toplantısı keçirilib

Noyabrın 4-də Gənclər və İdman Nazirliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində növbəti gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş “Müasir dövrdə gənclər arasında radikalizm və ekstremizm meylləri” mövzusunda Mərkəzi Aran iqtisadi rayonu üzrə zona toplantısı keçirilib. Mingəçevir Dövlət Universitetində 230 gəncin iştirakı ilə baş tutan tədbirin əvvəlində “Heydər Əliyev və din siyasəti” sənədli filmi nümayiş etdirilib.

Daha ətraflı
“Şanlı Zəfər” adlı düşərgə keçirilib
  • Xəbərlər
  • 31.10.2025, 14:14

“Şanlı Zəfər” adlı düşərgə keçirilib

Oktyabrın 31-dən noyabrın 2-dək Şəki Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “Şanlı Zəfər” düşərgəsi keçirilib.

Daha ətraflı
Zəfərin 5-ci ildönümünə həsr edilmiş “Zəfər 5 il” adlı könüllülər düşərgəsi keçirilib
  • Xəbərlər
  • 30.10.2025, 14:19

Zəfərin 5-ci ildönümünə həsr edilmiş “Zəfər 5 il” adlı könüllülər düşərgəsi keçirilib

Oktyabrın 30-dan noyabrın 3-dək Quba Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və “Nar”ın dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Zəfər 5 il” könüllülər düşərgəsi keçirilib.

Daha ətraflı