AQEM ölkələrinin könüllülük hərəkatı liderlərinin forumu çərçivəsində Davos formatında “Könüllülüyün gücü: əlaqələrin möhkəmləndirilməsi” və “İdeyalardan təcrübəyə: gənclərin fikir mübadiləsi” mövzularında panel müzakirələri və təcrübə mübadiləsi aparılıb. Müzakirələrdən sonra nümayəndə heyətlərinin panelistlərə ünvanladığı suallar cavablandırılıb.
Forumun ardınca AQEM gənclərinin beyinfırtınası üzrə interaktiv yarışması təşkil edilib.
Tədbir proqramına əsasən, noyabrın 14-də iştirakçıların Şuşa şəhərinə səfəri, eləcə də burada yerləşən tarixi abidələr və görməli yerlərlə tanışlıq məqsədilə gəzinti turu nəzərdə tutulub.
Qeyd edək ki, gənclərlə bağlı həyata keçirilən bütün fəaliyyətlər Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində qəbul edilmiş “Daha güclü AQEM: Asiyada əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf” Baxış Sənədində prioritet istiqamətlər sırasında öz əksini tapıb.