Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AQEM Katibliyinin birgə təşkilatçılığı ilə gənclər arasında keçirilən AQEM süni intellekt üzrə sənət müsabiqəsi və AQEM esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.
İclasda 19 ölkədən 110 iştirakçı yer alıb. Gənclər və idman nazirinin müavini İndira Hacıyevanın sədrliyi ilə keçirilən iclasda nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər. İclasın yekununda Gənclər Şurasının 8-ci iclasının yekun sənədi qəbul edilib. Tədbir “Dayanıqlı İnkişaf Məqsədləri fəaliyyətdə” mövzusunda təlim sessiyaları ilə davam edib.
Növbəti günlərdə AQEM ölkələrinin könüllü hərəkatı liderlərinin forumu və Gənclər Beyin fırtınası yarışması çərçivəsində iştirakçılar panel müzakirələrdə və interaktiv sessiyalarda təcrübə mübadiləsi aparacaqlar. Proqramın yekun mərhələsində iştirakçılar Şuşa şəhərinə səfər edərək Qarabağın mədəni irsi ilə tanış olacaqlar.