İclaslar çərçivəsində Gənclərlə iş üzrə 4-cü Avropa Konvensiyasının və Gənclər Nazirlərinin Avropa Konfransının nəticələrinin icra vəziyyəti nəzərdən keçirilib. Üzv dövlətlər tərəfindən 2025-ci il üzrə ikitərəfli əməkdaşlıq layihələri, eləcə də 2026-cı il üçün planlaşdırılan yeni təşəbbüslər təqdim olunub.
Bundan əlavə, Avropa Şurasının Gənclər Mərkəzləri üçün Keyfiyyət Etiketi proqramı üzrə görülmüş işlər barədə məlumat verilib. 2026-cı il üçün CDEJ-in sədri və sədr müavininin, həmçinin 2026–2027-ci illər üzrə Büro və Gənclərlə iş üzrə Birgə Şura üzvlərinin seçkiləri keçirilib.
Azərbaycanı iclaslarda Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov və Gənclərin strateji inkişafı sektorunun müdiri Mətanət Məmmədova təmsil ediblər.