Daha sonra Heydər Əliyev Mərkəzi, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançası, Hərbi Qənimətlər Parkı, Bakı Gənclər Mərkəzi, Bakı Şəhər Halqasının Akademiyası, Robototexnika Mərkəzi, Azərkosmos Kosmik Akademiyası və Gənclərin Resurs Mərkəzi ilə tanış olublar. Həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna və Qala Arxeoloji-Etnoqrafik Muzeyinə ekskursiya ediblər. Nümayəndə heyəti səfər çərçivəsində Gənclər Fondunda, Gənclər Təşkilatları Milli Şurasında və Regional İnkişaf İctimai Birliyində görüşlərdə iştirak edərək fikir və təcrübə mübadiləsi aparıblar.
Mərakeş Gənclər, Mədəniyyət və Kommunikasiya Nazirliyinin şöbə müdiri Həcər El Kandussinin rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin 2025-ci ilin “Gənclər Paytaxtı” seçilmiş Sumqayıt və 2024-cü ilin “Gənclər Paytaxtı” olmuş Lənkəran şəhərlərinə də səfər ediblər. Onlar hər iki şəhərdə yerləşən Gənclər Evləri və tarixi-mədəni abidələrlə tanış olublar.