Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Cəfərzadə, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, gənclər təşkilatlarının nümayəndələri, musiqiçi və könüllü gənclər iştirak ediblər. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri tədbirlərdə çıxış edib, türk dünyasının gəncləri ilə fikir mübadiləsi aparıblar. Tədbirdə Muğam müsabiqəsinin iştirakçısı, 2025-ci ildə nazirlik tərəfindən “İlin gənci” mükafatına layiq görülmüş Yusif Cəfərbəyli, həmçinin Cavanşir və Əli Rüstəmbəylinin təqdimatında milli mahnılar ifa olunub.
Qeyd edək ki, 2024-cü ildə Lənkəran şəhəri Türk Dünyasının və Azərbaycanın “Gənclər Paytaxtı” olub.