“Dayanıqlı kosmos, dayanıqlı yer” mövzusuna həsr olunmuş beynəlxalq tədbirdə azərbaycanlı gənclər “Kosmik tədqiqatlar, rabitə və naviqasiya texnologiyaları”, “Gələcək kosmik strategiyalar”, “Kosmik fəaliyyətlərin təhlükəsizliyi və davamlılığı”, “Yerin müşahidəsi texnologiyaları”, “Kiçik peyk missiyaları və kosmik təhsil” mövzuları üzrə elmi çıxışlar ediblər. Gənc tədqiqatçılar öz elmi araşdırmalarını təqdim etməklə yanaşı, beynəlxalq elmi ictimaiyyətlə fikir mübadiləsi aparıb, kosmosun gələcəyi ilə bağlı çağırış və imkanları müzakirə ediblər.
Konqresdə Azərbaycandan ümumilikdə 632 elmi məqalə təqdim olunub ki, bu da ölkəmizin bu sahədə artan elmi potensialını nümayiş etdirir.