Yüksək səviyyəli plenar hissədə Azərbaycanı Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdirinin müavini Ülviyyə Axundova təmsil edib. Nazirliyin dəstəyi ilə təşkil olunan nümayəndə heyətində NAYORA-nın sədr müavini Güldanə Dadaşova və Goranboy Gənclər Evindən Elnur Arifzadə də yer alıblar. Nümayəndə heyətinin tərkibində Güldanə Dadaşova “Heç kəsi kənarda qoymadan Gənclərlə bağlı Fəaliyyətin Dünya Proqramının icrasının irəlilədilməsi” mövzusunda keçirilən birgə nəsillərarası paneldə çıxış edib.
Səfər müddətində nümayəndələr həmçinin Gənclər Festivalı çərçivəsində keçirilən müxtəlif tədbir və görüşlərdə iştirak edərək beynəlxalq həmkarlarla əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.