Tədbir çərçivəsində müxtəlif ölkələrdən gəlmiş gənclər və rəsmi nümayəndələr bir sıra panel müzakirələrdə iştirak edərək sosial-iqtisadi inkişafda gənclərin rolu, beynəlxalq əməkdaşlıq imkanları və davamlı tərəfdaşlıq mexanizmləri mövzularında fikir mübadiləsi aparıblar.
Azərbaycan nümayəndə heyəti forum zamanı ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti, gənclərin inkişafı və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər barədə məlumat verib. Eyni zamanda, Asiya və Afrika ölkələrinin gənclər təşkilatları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.