Tədbirdə Azərbaycanı “Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Şəbnəm İbrahimli və Regional İnkişaf İctimai Birliyinin mütəxəssisi Əsli Yusifova təmsil ediblər. Sessiya çərçivəsində iştirakçılar könüllülük hərəkatının regional və qlobal səviyyədə inkişaf dinamikalarını, gənclərin ictimai iştirakçılığının genişləndirilməsi imkanlarını və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Eyni zamanda, iştirakçılar müxtəlif sessiyalarda çıxış edərək beynəlxalq tərəfdaşlarla birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparıblar.