Təlim sessiyası İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı Beynəlxalq Proqramı çərçivəsində təşkil olunub. Sessiyanın əsas məqsədi İslam dünyasında gənclərə yönəlmiş siyasət üçün vahid konseptual bazanın formalaşdırılması, gənclər siyasətinə çoxtərəfli yanaşmanın təşviqi, gənclərin dəstəklənməsi mexanizmlərinin müəyyənləşdirilməsi və onların cəmiyyət həyatında daha fəal iştirakına şərait yaradılması olub.