Səfər çərçivəsində nümayəndə heyəti milli-mənəvi dəyərlərin təbliği, ortaq mədəniyyətləri əks etdirən yaradıcılıq və çay sessiyaları təşkil edib. Yaponiyanın gənclər təşkilatlarının nümayəndələri Azərbaycan pavilyonunda qəbul olunaraq bu barədə məlumatlandırılıb və fikir mübadiləsi aparılıb. “EXPO2025” ərazisində Azərbaycan və gənclər siyasəti barədə məlumatlandırıcı materiallar paylanıb. Bununla yanaşı, “Müasir Azərbaycan gənci” verilişinin xüsusi buraxılışı və gənclərin iştirakı ilə videoçarx hazırlanıb.
Nümayəndə heyətinin üzvləri Azərbaycan pavilyonunun “Protokol” komandası tərəfindən təşkil olunan tur vasitəsilə dünya sərgisində iştirak edən müxtəlif ölkələrin pavilyonları ilə tanış olublar.
Səfər müddətində Yaponiyanın müxtəlif tarixi və mədəni abidələri ziyarət olunub.