Səfər çərçivəsində nümayəndə heyəti Özbəkistanın Gənclərin Yaradıcılıq Sarayında, “Ziyo Forum” Elm və Təhsil İnkişafı Fondunda, eləcə də regional gənclər departamentlərinin əməkdaşları ilə keçirilən görüşlərdə iştirak edib. Görüşlər zamanı tərəflər yerli gənclər siyasəti sahəsində həyata keçirilən layihələr, innovativ təşəbbüslər və qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Bundan əlavə, nümayəndə heyəti tarixi və mədəniyyət abidələrini ziyarət edərək, ölkənin zəngin mədəni irsi və ənənələri ilə yaxından tanış olub.
Noyabr ayında Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfəri və iki ölkə arasında Gənclər Forumunun keçirilməsi planlaşdırılır.