Ölkəmizi beynəlxalq çempionatda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə milli yarışın qalibi olmuş Qarabağ Universitetinin “Enactus” komandası təmsil edib. Komanda üzvləri layihələrini beynəlxalq münsiflər qarşısında təqdim edib və onların suallarını cavablandırıblar.
"BioCrown" layihəsinin əsas məqsədi kimyəvi gübrələrin torpağa, insan sağlamlığına və ətraf mühitə vurduğu zərərin qarşısını almaq, yerli üzvi tullantılardan istifadə etməklə 100% ekoloji təmiz və təbii gübrə istehsalını təşviq etməkdir.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının həyata keçirdiyi “Enactus” proqramı dövlət gənclər siyasəti çərçivəsində gənclər arasında sosial sahibkarlıq fəaliyyətinin təşviqində mühüm rol oynayır.