Proqram çərçivəsində Türkiyədən gələn gənclərdən ibarət nümayəndə heyəti Bakı, Gəncə və Göygöl şəhərlərində bir sıra tarixi abidələri və mədəniyyət ocaqlarını ziyarət edib. Qonaqlar Fəxri xiyabanı, Heydər Əliyev Mərkəzini, Hərbi Qənimətlər Parkını, Gəncədə isə Nizami Gəncəvi məqbərəsini və “İmamzadə” türbəsini ziyarət edərək ölkəmizin zəngin tarixi və mədəni irsi ilə tanış olublar.
Nümayəndə heyəti həmçinin Bakı Gənclər Mərkəzi, Sabunçu, Binəqədi, Gəncə və Göygöl Gənclər evlərində yaradılmış şərait və həyata keçirilən fəaliyyətlərlə maraqlanıb. Burada gənclərin sosial, mədəni və intellektual inkişafına yönəlmiş proqramlar barədə məlumat verilib, təşkilati bacarıqların, liderlik keyfiyyətlərinin və ictimai fəallığın gücləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.