Təlimlər Türkiyədən dəvət olunmuş peşəkar mütəxəssislər tərəfindən aparılıb. Düşərgənin açılışında gənclər və idman nazirinin müavini İndira Hacıyeva gənclərlə görüşərək tədbirin əhəmiyyətini vurğulayıb.
Beş gün davam edən proqram çərçivəsində iştirakçılar yalnız nəzəri biliklərlə deyil, həm də praktiki tapşırıqlar vasitəsilə liderlik vərdişlərini möhkəmləndirmək imkanı əldə ediblər. Təlimlər müxtəlif mövzuları əhatə edən təqdimatlar və interaktiv sessiyalar formatında keçirilib.
Proqram çərçivəsində iştirakçılara liderlik və şəxsi inkişaf, mədəni və idman fəaliyyətləri, eləcə də bilik və təcrübə mübadiləsinə imkan verən məşğələlər təqdim olunub.
Təlim proqramının ikinci hissəsi 19-26 sentyabr tarixlərində Türkiyədə keçiriləcək.