Təlim proqramı çərçivəsində iştirakçılar üçün həm praktiki məşğələlər, həm də seminarlar təşkil olunub. Praktiki məşğələlər zamanı gənclərə iştirakçıların qarşılanması və qeydiyyatı, şəhər gəzintisinin təşkili, milli rəqslər və teatr, intellektual və masaüstü oyunlar, oxatma və ilkin tibbi yardım mövzularında təlimlər keçirilib. Sessiyalarda isə gənclər düşərgənin idarə olunması, komanda işi və liderlik, iştirakçılarla effektiv ünsiyyətin qurulması, teatr və musiqi fəaliyyətlərinin təşkili, mədəni tədbirlərin planlaşdırılması və düşərgə həyatının müxtəlif aspektlərinin idarə olunması üzrə nəzəri biliklər əldə ediblər.
Proqram çərçivəsində Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyinin rəsmiləri gənclərlə görüşərək bu təşəbbüsün iki ölkə arasında ilk dəfə həyata keçirildiyini vurğulayıb və iştirakçılara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, təlim proqramının birinci mərhələsi 4-9 sentyabr 2025-ci il tarixlərində Qubada təşkil olunub.