Göygöl Olimpiya İdman Kompleksində baş tutan düşərgə müddətində gənclər üçün “Xalça motivləri bədii şüşə sənətində”, “Xarıbülbül təsvirinin milli və müasir geyimlərdə işlənməsi” və “Milli musiqi alətlərinin kətan üzərində işlənməsi” adlı master-klaslar, “Sağlam gənclik narkomaniyaya yox deyir!” və “Gənclər arasında erkən nikah və onun fəsadları” mövzularında psixoloq təlimləri, intellektual yarışlar, milli rəqs və poeziya gecəsi, kəndir dartma, çuval qaçışı, şahmat və nərd turnirləri keçirilib. Düşərgə çərçivəsində iştirakçılar üçün Göygöl Milli Parkına və Göygöldə yerləşən yeraltı şəhərə ekskursiya təşkil olunub.
13 regiondan 100-dən artıq gəncin qatıldığı düşərgədə şəhid və qazi övladları, aztəminatlı ailələrin övladları, eləcə də intellektual və istedadlı gənclər iştirak ediblər