Ardınca isə qeyd edilən iqtisadi rayonda dini radikalizmin vəziyyəti, gənclər arasında yayılmasının səbəbləri, qurumlararası əməkdaşlıq, Regional Gənclər və İdman İdarəsinin bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi müzakirə olunub, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin ikinci hissəsində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin tabeliyində olan rayon gənclər və idman sektorlarının, zonada fəaliyyət göstərən Gənclər Evinin bu istiqamət üzrə gənclərlə işləyən əməkdaşları və fəal gənclər 5 qrupa bölünərək müzakirələr aparıblar. Daha sonra qruplar üzrə seçilmiş çıxışçıların müzakirələrinin nəticələri ilə bağlı hesabatları dinlənilib.