Proqram çərçivəsində İstanbulda “Marmaracık Gənclik Kampı”nda gənclərə “Dəstə liderliyi” və “Qeyri-formal təhsil alətləri” mövzusunda infosessiyalar təşkil olunub. Bursa və Çanaqqalada isə Gənclər Evlərinin fəaliyyəti, burada keçirilən oyunlar, klublar və müxtəlif fəaliyyətlər barədə təcrübə mübadiləsi aparılıb.
Səfər müddətində nümayəndə heyətimiz İstanbul, Bursa və Çanaqqalada yerləşən abidələr, mədəniyyət nümunələri və digər görməli yerləri ziyarət ediblər.
Qeyd edək ki, layihə Türkiyə - Azərbaycan gənclər və idman sahəsində əməkdaşlıq İşçi Qrupunun 3-cü iclasının Protokol müddəalarına əsasən həyata keçirilib.