Beş gün davam edən düşərgə çərçivəsində gənclər “Sosial təşəbbüskarlıq və ictimai liderlik”, “Effektiv ünsiyyət və konfliktlərin idarə olunması” mövzularında təlimlərdə, eləcə də vəkillərin iştirakı ilə keçirilən “Gənclər üçün hüquqi savadlılıq – Liderliyin təməli” adlı panel müzakirədə iştirak ediblər. Proqram çərçivəsində həmçinin “Parkur Challenge”, “Xəzinə axtarışı”, “Spagetti Qalası”, “Breyn Rinq” kimi komanda oyunları, idman yarışları və müxtəlif konseptli əyləncə proqramları təşkil olunub. Düşərgənin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.