5 günlük proqram çərçivəsində iştirakçılar liderlik, şəxsi inkişaf, layihə idarəetməsi, sosial media, marketinq və sağlam həyat tərzi mövzularında peşəkar təlimlərdə iştirak ediblər. Bununla yanaşı, təşkil olunan sosial fəaliyyətlər, komandalararası oyunlar və interaktiv fəaliyyətlər vasitəsilə iştirakçılar həm öyrənib, həm də əyləniblər.
Düşərgənin sonunda bütün iştirakçılar sertifikatlarla təltif olunublar.