Final mərhələsində ölkənin müxtəlif şəhər və regionlarını təmsil edən 33 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Yekun nəticələrə əsasən, birinci yerə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qəzəlxan” komandası, ikinci yerə Xəzər Universitetinin “Pentamento” komandası, üçüncü yerə isə Azərbaycan Tibb Universitetinin “Old School” komandası layiq görülüblər.
Cari ilin 16 oktyabr tarixindən etibarən keçirilən layihə çərçivəsində ümumilikdə 10 yarımfinal oyunu təşkil olunub. Yarımfinal mərhələləri Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Tərtər və Naxçıvan şəhər və rayonlarını əhatə edib. Layihə boyunca 86 ali və orta ixtisas təhsili müəssisəsini təmsil edən 164 komanda (820 tələbə) iştirak edib.