“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş düşərgə çərçivəsində könüllülər dörd gün ərzində “Hüquq sistemində gənclərin rolu”, “Kütlə qarşısında çıxış və təqdimat bacarıqları”, “İnandırma və manipulyasiya texnikaları” mövzularında təlim və müzakirələrdə iştirak ediblər. Asudə vaxtlarda isə komanda oyunları, “Suveren” intellektual yarışı, film saatı və “Məhkəmə simulyasiyası: Cinayət işi” oyunu təşkil olunub.