Düşərgənin ilk günü “Suverenlik məktəbi: Heydər Əliyev və azərbaycançılıq fikri” adlı ideoloji sessiya baş tutub. Ardınca iştirakçılar “Suveren Zəka” adlı intellektual yarışlarda hüquq, dövlətçilik və beynəlxalq münasibətlər sahəsində biliklərini sınayıblar.
Növbəti gün “Qanunun gücü: Dövlətə və cəmiyyətə xidmət” adlı panel müzakirəsi, “Məsuliyyətli liderlik: Hüquqdan idarəçiliyə”, “Hüquqi nitq və arqumentasiya bacarıqları” təlimləri təşkil olunub. “Live Constitution Game” adlı interaktiv oyun zamanı iştirakçılar Azərbaycan Respublikası Konstitusiyasının maddələrini səhnələşdirilmiş formada təqdim edərək qanunvericiliyin tətbiq imkanlarını nümayiş etdiriblər.
Sonuncu gün gənclər “Məhkəmə Simulyasiyası” adlı praktiki məşğələdə iştirak edib, hüquqi biliklərini real situasiyalar üzərində tətbiq edərək məhkəmə prosesinin simulyasiyasını həyata keçiriblər.
Proqramın sonunda iştirakçılar üçün Göygöl şəhərinə ekskursiya təşkil olunub