Düşərgənin proqramına idman məşğələləri, seminarlar və ustad dərsləri, intellektual və idman oyunları, eləcə də caz dərsləri daxil olub. Caz düşərgəsinin müəllimləri arasında Azərbaycan estrada musiqisinin ustadı Qasım Xəlilov, vokal üzrə Diana Hacıyeva, instrumental ifaçılar üçün isə Nurlan Hüseynzadə və Əli Nasib yer alıblar.
Düşərgə iştirakçıları xüsusi konsert proqramı hazırlayıb və ənənəyə uyğun olaraq bu proqram Quba şəhərinin sakinləri üçün təqdim olunub. Konsertdə 16 kompozisiya səsləndirilib və bütün iştirakçı musiqiçilər proqramda iştirak ediblər.