Proqram çərçivəsində iştirakçılar üçün fərdi inkişaf, liderlik, komanda işi, ekoloji maarifləndirmə, vətəndaşlıq fəallığı və digər istiqamətlərdə təlimlər keçirilib. Skaut metodologiyasına əsaslanan intellektual yarışlar, açıq hava fəaliyyətləri, ocaq ətrafında bədii gecə, ölkə qurma simulyasiyaları və motivasiyaedici görüşlər gənclərin həm bilik, həm də sosial bacarıqlarını zənginləşdirib.
Dörd gün davam edən tədbir gənclərə yeni biliklər, faydalı təcrübələr və uzunmüddətli dostluqlar qazandırmaqla yanaşı, onların vətəndaş mövqelərinin möhkəmlənməsinə də töhfə verib.