Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda keçirilən təlimlərə 300-dən çox gənc qoşulub. Proqram çərçivəsində iştirakçılara debatın “PD” formatı, çıxışın hazırlanması, arqumentləşdirmə və əsaslandırma, doğru sualın verilməsi, mövzunun araşdırılması və təhlili kimi mövzularda nəzəri və praktiki biliklər təqdim edilib. Təlimlərdən sonra nümunəvi şou-debat təşkil olunub.