Quba Olimpiya İdman Kompleksində 80 gəncin iştirakı ilə keçirilən və 5 gün davam edən düşərgədə Vətən müharibəsi qaziləri ilə görüşlər, karyera planlaşdırılması və şəxsi inkişaf mövzularında təlimlər, yaradıcı master-klaslar, intellektual yarışlar, komanda quruculuğu oyunları, gənclərin ideyaları və layihə təkliflərinin müzakirəsi təşkil olunub. Bununla yanaşı, müxtəlif özfəaliyyət proqramları, musiqili-əyləncəli çıxışlar və idman oyunları da baş tutub.