Lənkəran şəhərində keçirilən Layihənin əsas məqsədi Türk Dövlətləri Təşkilatının əməkdaşlıq ideyasına uyğun olaraq, skaut hərəkatını gücləndirmək, ortaq dəyərləri təşviq etmək və gənclər arasında əlaqələri inkişaf etdirməkdir. Azərbaycan, Macarıstan, Qazaxıstan və Türkiyənin Milli Skaut Təşkilatlarının (NST) qurucu üzv kimi iştirak etdiyi bu yeni birlik, türk dövlətləri arasında skaut hərəkatının inkişafına töhfə verməyi hədəfləyir. Tədbirdə həmçinin Özbəkistan və Qırğızıstandan nümayəndələr də iştirak edib.
