Konfransın yekununda “Gənclərin Perspektivinə dair Avropa Şurasının İstinad Çərçivəsi” sənədi qəbul olunub.
Konfrans çərçivəsində 7-10 oktyabr tarixlərində nümayəndə heyətinin üzvləri iştirakçı dövlətlərin səlahiyyətli rəsmilərinin görüşündə, gənclər mövzusuna həsr olunmuş bir sıra paralel tədbirlərdə və Malta Gənclər Agentliyində keçirilən görüşdə iştirak ediblər.