Müsabiqədə 14-35 yaş aralığındakı gənclər IT, səhiyyə və sağlamlıq, ətraf mühitdən səmərəli istifadə, sosial mühit və təhsil kimi 5 nominasiya üzrə layihələri təqdim ediblər.
Qeyd edək ki, bu il adıçəkilən müsabiqədə ölkəmizi həm ölkə daxilində, həm də xaricdə beynəlxalq layihələrdə fəal iştirak edən gənclərdən ibarət 10 nəfərlik nümayəndə heyəti təmsil edib. Azərbaycan nümayəndə heyəti beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Xüsusilə də digər ölkələrdən əsasən gənc alimlər iştirak etdiyi halda, ölkəmizin məktəblilər tərəfindən təmsil olunması münsiflər heyətinin böyük marağına səbəb olub.
Müsabiqənin nəticələrinə görə, təmsilçimiz Banu İbrahimova "Ətraf mühitdən səmərəli istifadə" nominasiyasında, Ömər Eyvazlı və Murad Qasımov isə "İnformasiya texnologiyaları" nominasiyasında qalib elan olunublar.