Konqresdə tarixi-mədəni irsin qorunması, regional humanitar əməkdaşlığın gücləndirilməsi, eləcə də rəqəmsal dövrün yaratdığı yeni çağırışlar geniş şəkildə müzakirə olunub. Azərbaycan gəncləri tədbir çərçivəsində təşkil edilən “Gənclər və rəqəmsal dövr: qədim əlyazmalardan süni intellektə” adlı sessiyaya da qoşularaq rəqəmsal transformasiya, süni intellekt və bu proseslərdə gənclərin rolu barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, konqres çərçivəsində Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Tacikistan dövlət başçılarının iştirakı ilə “Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təqdimetmə mərasimi keçirilib. Mərasim konqresin ən yaddaqalan məqamlarından biri kimi dəyərləndirilib.