Quba Olimpiya İdman Kompleksində təşkil olunan düşərgənin məqsədi gənclərin süni intellekt texnologiyalarına marağını artırmaq, texnoloji biliklərini və komanda bacarıqlarını inkişaf etdirmək olub.
Üç gün davam edən düşərgədə 60 gənc iştirak edib. Proqram çərçivəsində panel müzakirələr, təlimlər, vorkşoplar və debatlar təşkil olunub. Gənclər düşərgə ərzində əldə etdikləri biliklər əsasında layihələr təqdim ediblər.