113 iştirakçının yer aldığı düşərgədə gənclər üç gün ərzində “Canavarlar”, “Aslanlar”, “Mübarizlər”, “İgidlər”, “Əqrəblər” və “Qartallar” komandalarına bölünərək müxtəlif təlimlərə, idman yarışlarına və qrup çalışmalarına cəlb olunublar. Proqram çərçivəsində Qarabağ döyüşçüləri ilə panel görüş, ocaq ətrafında səmimi müzakirə, “Məclisi-Üns” bədii proqramı, eləcə də “Kahoot” intellektual oyunu təşkil edilib.