120 nəfərin iştirakı ilə baş tutan düşərgədə 4 gün ərzində gənclər proqram çərçivəsində, “Canavarlar”, “Aslanlar”, “Zəfər”, “Mübarizlər”, “İgidlər” və “Qartallar” komandalarına bölünərək müxtəlif təlimlərə, idman yarışlarına, qrup çalışmalarına cəlb olunublar.  Qeyd edək ki, Vətən müharibəsinin ən gənc qəhrəmanı Vüsal Yaqubov, həmçinin müharibə zamanı 7 erməni postunu ələ keçirən qazi, kapitan Mahur Həmidov da düşərgə müddətində gənclərlə birgə olub və onlarla öz döyüş yolunu bölüşüblər.