130 nəfərin iştirakı ilə baş tutan düşərgədə 3 gün ərzində gənclər proqram çərçivəsində “Canavarlar”, “Aslanlar”, “Zəfər”, “Mübarizlər”, “İgidlər”, “Əqrəblər” və “Qartallar” komandalarına bölünərək müxtəlif təlimlərə, idman yarışlarına, qrup çalışmalarına cəlb olunublar.  Düşərgədə gənclərin təşəbbüsü ilə ocaq ətrafında bədii gecə, “Məclisi-Üns” mədəni proqramı və intellektual oyun təşkil edilib.