Qrant Müsabiqəsi çərçivəsində Bakı şəhərində  “TÜRKSOY-un II Beynəlxalq simulyasiyası” layihəsi başa çatıb. ASAN Könüllüləri Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi türk dünyasında könüllülük fəaliyyətinin inkişafını təşviq etmək, gənclər arasında beynəlxalq əməkdaşlığı gücləndirmək və mədəni irsin qorunmasına töhfə vermək üçün qarşılıqlı təcrübə mübadiləsi və institusional əməkdaşlığı dəstəkləməkdir.
Layihədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanı təmsil edən 40-dan çox gənclər təşkilatlarının rəhbəri və nümayəndə heyəti iştirak ediblər.