“Azəri Gənclər Alyansı” İB-in təşkilatçılığı ilə keçirilən layihədə Lerik, Astara və Lənkəran rayonlarından olan 11-16 yaşlı məktəbli qızlar layihənin ekpertləri tərəfindən erkən nikahlara dair mövcud vəziyyət, regionda qızların təhsil göstəriciləri, erkən nikahlarla mübarizədə atmalı olduqları addımlar haqqında məlumatlandırılıblar.

Qeyd edək ki, layihənin əsas məqsədi erkən nikahların köklü səbəblərini araşdıraraq cəmiyyətin maarifləndirilməsi və təhsil səviyyəsinin artırılması vasitəsilə bu problemin həllinə töhfə verməkdir.