Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “SAF Həyat Naminə” Gənclər İB-in təşkilatçılığı ilə ölkəmizin efir məkanları üçün müasir dövrün ehtiyaclarına və tələblərinə uyğun çevik, peşəkar və analitik təhlil qabiliyyəti olan yeni nəsil gəncmedia ekspertlərinin hazırlanması məqsədilə keçirilən layihə çərçivəsində media sahəsinə marağı olan gənclər üçün Xəzər Media Mərkəzinin peşəkar aparıcı və jurnalistləri tərəfindən 5 günlük təlimlər keçirilib, görülən işlərlə bağlı təcrübə mübadiləsi aparılıb.

Təlimlərdə iştirakçılara ümumi reportajların və verilişlərin hazırlanması, məqsədi və nəticəsi haqqında məlumat verilib, praktik vərdişlərin formalaşması üçün Xəzər Media Mərkəzinin nəzdində fəaliyyət göstərən "Araz" FM və "Xəzər" FM-in fəaliyyəti ilə, verilişlər çəkilən studiyalarla tanış olmaq fürsəti yaradılıb.