"Öndə gənclər" İB-in təşkilatçılığı ilə keçirilən layihənin məqsədi gənclərə müstəqil şəkildə karyera planlaması bacarıqlarını öyrətmək və onların əmək bazarında rəqabət qabiliyyətli olmasına dəstək verməkdir. Layihə çərçivəsində keçirilən təlimlərdə 20 nəfər gənc özünüinkişaf, karyera planlaması, əmək bazarının analizi, CV hazırlanması və müsahibə texnikaları üzrə həm nəzəri, həm də praktiki biliklər əldə ediblər.
