Odlar Yurdu Gənclər İB-in təşkilatçılığı ilə keçirilən layihənin məqsədi gənc sahibkarların biznes psixologiyası sahəsində bilik və bacarıqlarını artırmaq, onların psixoloji dayanıqlılığını gücləndirmək və iş mühitində effektiv qərarlar vermə bacarıqlarını inkişaf etdirməkdir.
Layihə çərçivəsində 40 nəfər iştirakçı komanda quruculuğu, liderlik və şəxsi inkişaf, stresin idarə olunması sahələrində nəzəri və praktiki biliklər əldə edib, sahibkarlıq fəaliyyətində psixoloji amillərin təsiri haqqında məlumatlandırılıblar.